Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Elmin nəqşi, Cahanın qüdrətli FOTO

Elmin nəqşi, Cahanın qüdrətli FOTO

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Naxçıvan Dövlət Universitetində keçirilən “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransı çərçivəsində Naxçıvan Muxtar Respublikasına ilk səfərim baş tutdu. Təəssüratlarım öncədən formalaşan təsəvvürümü daha da çox doğrultmşdu. Təbiətin əsrarəngizliyi, şəhərin monumental üslubu, insanların özünəməxsus istiqanlılığı artıq iştirak edəcəyim tədbirin də yaddaqalan olacağından xəbər verirdi.

Naxçıvan Dövlət Universitetinin kampusunda inkişafyönümlü müsbət mühit, müəllim-tələbə tandeminin akademik səviyyədə baş tutması, hətta onlara sosial baxımdan yaradılan şərait bu təhsil ocağının aliliyinin təcəssümü idi.

Hər bir universiteti öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşan canlı bir orqan olaraq qəbul etsək, bunun həmin ölkənin milli-mənəvi dəyərləri, tarixi və coğrafi mövqeyi ilə birbaşa əlaqəsini görmüş olarıq.

Müasir Azərbaycan quruculuğunda elm və təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə olmasını yaxşı anlayan və təkcə anlamaqla yetməyib onu peşəkarcasına həyata keçirməyi bacaran zəngin tarixə malik Naxçıvan Dövlət Universitetində bu xüsusiyyətləri görmək çox qürurverici idi.

Müdriklərdən biri söyləmiş; elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. NDU-nin kampusunda yaradılan şərait, zəngin kitabxana, müxtəlif tələbə təşkilatları, klub və cəmiyyətlərin fəaliyyəti gənc bir tələbənin öz sahəsində təhsil alması ilə bərabər həm də bir şəxsiyyət kimi yetişməsinə zəmin yaradır. Nəzəriyyənin elmin ruhu, təcrübəninsə cismi olduğunu öz fəaliyyəti və tədris planları ilə həyata keçirən pedaqoqlar tələbələrə məhz sahib olduqlarınn fəlsəfəsini aşılamağı öyrədirlər. Beynəlxalq təhsil mübadiləsində əcnəbi tələbələrin məhz bu iniversitetdə təhsil alması yerli tələbələrin də mədəniyyətlərarası sivizizasiyaya ineqrasiyasına müsbət mənada geniş zəmin yaradır. Kampusda yataqxanaların və sosial məkanların mövcudluğu bu mənada tələbələrə rahatlıq verir.

Elm təşkilatlanmış bilikdir. Yalnız doğru yönəlmiş elm öz işığı ilə gələcəyə mayak ola bilər. Tələbələrinə məhz elm və ona yiyələnmək arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. Məhz bu mənada NDU-nun rektoru, dosent Elbrus İsayevin və peşəkar komandanın səyi nəticəsində tədqiqat sahəsində də önəmli addımlar atılır. Müxtəlif elmi layihələr və konfranslar təşkil edilir. Universitetdəki tələbələr və müəllimlər elmi fəaliyyətlərə cəlb olunur və bu, akademik mühitin daha da zənginləşməsinə şərait yaradır.

Universitetin tarixinə faktların dili ilə nəzər salsaq görərik ki, Naxçıvan Dövlət Universiteti ölkədə yeganə kampuslu universitetdir.

10 fakültə, 45 kafedra, magistratura mərkəzi, xarici tələbələrlə iş üzrə dekanlıq, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəb) və 1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi çoxfunksionallığı nümayiş olunur.

NDU-da bakalavr, magistratura, rezidentura və doktorantura daxil 250-ə yaxın proqram üzrə hazırlıq aparılır. Dünyanın 150-yə yaxın universiteti ilə elmi təhsil mübadiləsi aparılır. Əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında sıralamada 1-ci yerdədir. Hazırda ali təhsil ocağında 15 ölkədən 1500-dən çox əcnəbi tələbə təhsil alır. Universitetdə Azərbaycan dili ilə yanaşı İnformasiya təhlükəsizliyi, İqtisadiyyat, Tibb fakultələrində tədris ingilis dilində keçirilir.

Bununla yanaşı Naxçıvan Dövlət Universitetinin 150 nəfərdən ibarət Simfonik orkestri, Tələbə Teatr Studiyası, “Qədim Xalq Çalğı Alətləri” Ansamblı”, o cümlədən Konservatoriyanın fəaliyyət göstərməsi oranın ədəbi-bədii, mədəni mühitinin inkişafına müsbət təsir edir.

Bu maraqlı faktı da qeyd etmək yerinə düşər ki, ölkə universitetləri arasında ancaq Naxçıvan Dövlət Universitetinin nəzdində Beynəlxalq Kembric (Kembric Lisenziyal) Məktəbi fəaliyyət göstərir ki, burada da dərslər, tədris vəsaitləri ingilis dilində təqdim olunur.

Naxçıvan Dövlət Universiteti Beynəlxalq SAT Qeydiyyat və imtahan mərkəzi olan ilk dövlət Ali Təhsil Müəssisəsidir.

Beynəlxalq IELTS Qeydiyyat və İmtahan mərkəzi Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb.

Naxçıvan Dövlət Universitetində tələbəyönümlü təhsil sistemi tətbiq edilir.

2024-cü il NDU tarixində 2198 nəfərin təhsilini bitirməsi ilə ən çox məzun yetişdirdiyi il olub.

Ali təhsil ocağında kadr hazırlığı ilə 524 nəfər professor müəllim heyəti fəaliyyət göstərir.

Elmi dərəcəlilərin kadr potensialı illər üzrə artaraq 2024-cü ildə 229 nəfərə çatıb.

Universitetin beynəlxalq reytinqlərdə yer alması, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədi ilə əcnəbi professorların davamlı olaraq cəlb edilməsi əsas prioritet məsələlərdən biridir. Hələ təkcə 2024-cü ildə 10 əcnəbi professor, o cümlədən Nobel mükafatçısı Əziz Səncər təlim və tədqiqata cəlb edilib,

NDU həm ölkə, həm də respublika səviyyyəli konfransların təşəbbüsçüsü və ev sahibi kimi böyük layihələrə imza atır. Naxçıvan Dövlət Universitetində 2024-cü ildə 27 konqres, konfrans və simpozium keçirilib. Bunlardan 13-ü beynəlxalq, 13-ü respublika, 1-i ali məktəb daxili elmi tədbirlər olub. “Qərbi Azərbaycana qayıdış”, “Tibbi forum”,“Apiterapiya və təbiət”, “İpək yolu”, “Azərbaycan Psixoloqlar Forumu”, “Süni intelekt: nəzəriyyədən praktikaya” kimi layihələr xüsusilə missal göstərmək olar.

Cəsur, yenilməz Naxçıvan xalqı Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin “Yolumuz Zəngəzuradır!” şüarı altında mübarizəyə müsəlləh əsgər olmağa hazırdır. Belə ki, Naxçıvan məmləkət olaraq öz ziyalıları ilə bərabər “Qərbi Azərbaycana Qayıdış” festival/konqresinə də ev sahibliyi edib.

Dahi Nizami Gəncəvinin dəyərli misralarına xitabla Naxçıvan şəhərinin tarix boyu blokada şəraitində olduğu dönəmlərdə özünə qalxan etdiyi ən böyük silahın məhz elm olduğunu gördük.

Bağlı bir qapıya açar axtarsan,

Ancaq alimlərdə axtar, taparsan.

Bəli, ciddi iqdisadi, siyasi, coğrafi blokadalara məruz qalan Naxçıvanı qalib edən onun milli-mənəvi dəyərlərinə,qədim tarixinə sahib çıxması, insanının mərdliyi və cəsarəti oldu.

Hər zaman var olmada, qələbə çalmada elminə güvənən NDU-nun təşkilatçılığı ilə 4 min nəfər gənc məzunun və 40-a yaxın dövlət, özəl qurumların iştirakı ilə ilk dəfə Karyera sərgisi açılıb. Burada fəalyyət göstərən Tibb fakültəsi Avropa Tibb Tələbələri Assosiasiyasına ( EMSA) üzv qəbul olunaraq ölkə təmsilçisi statusu qazanıb, Naxçıvan Dövlət Universiteti ROBOTEX-in ölkə təmsilçisi kimi Bakı şəhərində Dünya Robot Festivalının Avrasiya Çempionatını təşkil etdi və 5 mindən artıq iştirakçı qeydə alınıb. NDU-nun təsisçisi olduğu Beynəlxalq Tibbi Forum İstanbulda, Yeditəpə Universitetində Türkdilli Dövlətlərin Tibb Qurultayı (ikinci forum) adı altında təşkil edilib.

Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib.

Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb.

Bu qeyd olunan faktlar Naxçıvan Dövlət Universitetinin fəaliyyət prinsiplərinin yalnız bir səhifəsidir.

Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası kimi elmi müəssisələrin verilməsi dövlət başçısının Naxçıvan Dövlət Universitetinə göstərdiyi böyük etimaddır.

Biz də öz növbəmizdə qonağı olduğumuz, dünəni, bu günü, tarixi, fəaliyyəti ilə yaxından tanış olub təqdir etdiyimiz Naxçıvan Dövlət Universitetinə uğurlar diləyirik. Öz təbii, elmi, bioloji potensialı ilə Azərbaycan təhsil sisteminə yeni töhfələr verəcəyinə əminik!

Fəxriyyə İsayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://dogru.az
archiveBu xəbər 12 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see243

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see193

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see191

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see191

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see187

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see183

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see182

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see181

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see180

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri