Icma.az
close
up
RU
Nəqşi Mərdəkan...

Nəqşi Mərdəkan...

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər premyer-liqada mövsümün ən önəmli hadisələri yaşanır. "Sabah" çempion olub. "Futbol ili"ni "Qarabağ"ın ikinci, "Turan Tovuz"un üçüncü sırada bitirəcəyinə heç kim şübhə ilə yanaşmır. 4-cü sıra üçün isə cəmi iki namizəd var: "Zirə", "Neftçi". Bəs "Araz-Naxçıvan", "Sumqayıt" hanı? "Qırmızı-ağlar" 6-cı, "kimyaçılar" 7-ci pillədə qərarlaşıb və mövsümü böyük ehtimala həmin yerlərdə başa vuracaqlar. Təbii ki, "Şamaxı" “boyundan yuxarı tullanmasa”.
Əslində "Sumqayıt"la bağlı suallar da çoxdu, ancaq baş məşqçi avrokuboklara vəsiqə uğrunda mübarizədə şansların tükəndiyini şəxsən etiraf etdiyindən bu barədə sonra da danışa bilərik. Hər halda, burda mənzərə daha aydındı. Lakin naxçıvanlılarla bağlı mövzulardan agah olmaq müşkülə çevrilir. Klubun prezidenti Ramin Axundovun axtarışda, qeyri-rəsmi rəhbəri Zaur Axundovun ev dustaqlığında olması haqda xəbərlər öz yerində. Sabiq baş məşqçi Elmar Baxşıyevin sirli ayrılığı, 14 turda cəmi 14 xal toplayan Andrey Demçenkonun təyinatı hələ də müzakirə mövzusudu. Hələ onu demirik ki, bu yaxınlarda klubun yeni prezidentinin Ceyhun Sultanov olacağı deyilsə də, Zaur bəyin məlum müsahibəsindən sonra bu məsələnin də sual altında olduğu ortaya çıxdı. Elə komandanın ev oyunlarını barmaqla sayılacaq qədər azarkeş önündə keçirməsi də böyük fiaskodu. Ev oyunlarını "Liv Bona Dea Arena"da, bura təmir olunanda müxtəlif stadionlarda keçirən "Araz-Naxçıvan" tamaşaçı sayına görə sonuncu sıranın daimi sakinidi. 
Bura qədər sadaladıqlarımız, təbii ki, aysberqin görünən üzüdü. Əminliklə demək mümkündü ki, özünü büruzə verən problemlər pərdəarxasında yaşananların cüzi hissəsidi. Axı od olmayan yerdən tüstü çıxmaz ki, komandanın xüsusən son oyunlarında həmin qara dumanın izləri açıq-aşkar görünür. Öz aramızdı, sanki Elmar Baxşıyev xeyir-bərəkəti özüylə aparıb. Zarafat bir yana, "qırmızı-ağlar" Demçenkonun təyinatından sonra döyüşkənlik, əzmkarlıq hisslərini unudub. Son 5 oyunda qələbəyə həsrət qalmaq vəziyyəti daha da korlayıb. Artıq naxçıvanlıları ilk "dördlük" üçün namizəd sayan yoxdu.
Ümumiyyətlə, "qırmızı-ağlar" artıq özünə bənzəmir. Komandaya baxanda nə Möminə Xatun türbəsi yada düşür, nə də Araz çayı. "Araz-Naxçıvan" deyəndə ağla Mərdəkandan başqa nəsə gəlmir. İş o həddə çatıb ki, komandanın adının "Araz-Mərdəkan" kimi dəyişdirilməsini rica edənlər belə var. Bəs, necə deyərlər, nə olacaq bu işlərin axırı? Təbii ki, hadisələrin axarı yaxşı nəsə vəd etmir. Odu ki, dəyişiklik mütləqdi, labüddü, sözün əsl mənasında, qaçılmazdı.
Komanda yeni mövsümdən Naxçıvana qayıtmalıdı. Bir neçə ildi təmir olunacağı, hətta yenidən qurulacağı iddia olunan Naxçıvan şəhər stadionunda işə dərhal start verilməlidi. Bəli, belədə "qırmızı-ağlar"ın xərcləri artacaq. Ancaq tribunalara təşrif buyuracaq minlərlə naxçıvanlıya bilet, forma və digər fanşop məhsullarının satışı hesabına bu itkini müəyyən qədər kompensasiya etmək olar. Heç şübhəsiz, ən müxtəlif səbəblərə görə digər xərclər arta bilər. Bu yerdə yenidön Zaur bəyin məlum müsahibəsi yada düşür. Sitat: "2023-cü ildə “Araz-Naxçıvan” premyer-liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından. Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir".
Zaur bəy növbəti ifadələrində dəstəksiz qalmasının səbəbini həm də Naxçıvandan uzaqda olmalarıyla izah edir və tam haqlıdı. İş ondadı ki, funksioner həm də komandanın doğma bölgədə oynamamasının özündən asılı olmadığını bildirir. Yəni Naxçıvan şəhər stadionunun taleyi klubun əlində deyil. Yenə də bu məsələyə daha ciddi yanaşılmalı, Naxçıvan rəhbərliyi ilə əlaqələr intensivləşdirilməli, komandanın Naxçıvana qayıdışı ən qısa müddətdə təmin olunmalıdı. Axı belə danışmışdıq. İndi vədə niyə əməl olunmur? 500 min nəfərə yaxın əhalisi olan bölgə niyə futbolsuzdu, niyə yarım milyona yaxın azarkeşin gözü hələ yoldadı? Ən əsası, "Araz-Naxçıvan"la niyə bu qədər yumşaq davranılır, güzəşt edilir? 
Ümumiyyətlə, premyer-liqada daşlar yerinə oturmalıdı. "Kəpəz" Gəncəyə qayıdır. "Qarabağ" üçün "İmarət" stadionunun tikintisi başladı. Daim lağ obyekti olan "İmişli" də başına çarə qılmaqdadı. Artıq Naxçıvan cahanın olduğu kimi, "Araz-Naxçıvan" da Naxçıvanın nəqşi olmalıdı! 
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri