Icma.az
close
up
RU
“Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvanda reallaşdırılıb

“Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvanda reallaşdırılıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UNEC-in 3 ildir həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb.

525.az xəbər verir ki, “Elmin populyarlaşdırılması” təşəbbüsünün məqsədi elmi hər kəsin ortaq dəyərinə çevirərək, gənclərin elmə marağının artırılmasıdır. “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü isə məktəblilər arasında elmi fəaliyyətə maraq oyatmaq, onlarda tədqiqatçılıq ruhunu erkən yaşlardan inkişaf etdirmək, elmi potensialını formalaşdırmaq, eləcə də elmi şagirdlərə sadə dildə təqdim etmək məqsədi daşıyır. Layihə çərçivəsində alimlərlə məktəblilər arasında birbaşa ünsiyyət qurularaq, elmin yalnız nəzəri biliklər deyil, həyatımızın bir parçası olduğu izah edilir və elmin cəmiyyət üçün əhəmiyyəti ön plana çıxarılır.

Nümayəndələr Naxçıvan Dövlət Universitetinin (NDU) kampusu, elm mərkəzləri, laboratoriya imkanları ilə yaxından tanış olublar.

NDU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması məsələləri önə çəkilmiş, elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə və ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tədbirin sonunda UNEC və NDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Hər iki universtetin elektron kitabxanalarının inteqrasiyası və ortaq qrant layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində NDU nəzdindəki Beynəlxalq Məktəbdə və Ordubad şəhər 1 saylı tam orta məktəbində şagirdlərlə görüşlər keçirilib. Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi görüşlərdə dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı tövsiyələri xüsusi diqqət mərkəzində saxlanılıb.

Elmin təməlinin məktəb illərində qoyulduğu və gələcəkdə böyük kəşflərə imza atacaq alimlərin bu gün sinif otaqlarında əyləşən şagirdlər arasından yetişə biləcəyi qeyd edilib. Şagirdləri həm milli dəyərlərə, həm də müasir elmi biliklərə yiyələnməyə çağıraraq, elmlə məşğul olmağın yaş həddi tanımadığı bildirilib.

Görüşlərin sonunda məktəblərin kitabxanalarına kitablar hədiyyə edilib.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri