Icma.az
close
up
RU
525 ci qəzet Elm gözəldir: məktəbdən elmə

525 ci qəzet Elm gözəldir: məktəbdən elmə

525.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, elmin populyarlaşdırılmasının və təbliğinin vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) start verdiyi "Elm gözəldir: məktəbdən elmə" və "Elmin populyarlaşdırılması" təşəbbüslərinin reallaşdırılması davam etdirilir. Qeyd edək ki, "Elm gözəldir: məktəbdən elmə" adlı layihəyə start verilib.

Layihənin əsas məqsədi məktəblilərin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir. Layihə çərçivəsində UNEC-in müəllimləri ölkə üzrə məktəblərə və liseylərə səfər edərək, gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıdırlar. Aparılacaq müzakirələr gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcək. Bu layihə Bakı və Sumqayıt şəhərlərində yerləşən orta məktəbləri, Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində yerləşən ali təhsil müəssisələrini və məktəbləri əhatə edir.

Gənc nəslin elmə marağını artırmaq məqsədilə həyata keçirilən "Elmin Populyarlaşdırılması" təşəbbüsünün məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.

Sözügedən layihə də Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində yerləşən ali təhsil müəssisələrini əhatə edir.

Hər zaman ilklərə imza atan UNEC-in irəli sürdüyü bu təşəbbüs ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

Millət vəkili Fatma Yıldırım deyir ki, Azərbaycanda elm və təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkədə hər bir sahədə müşahidə olunan dinamik inkişaf elm və təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən Dövlət proqramları bu sahələrdə keyfiyyətcə yeni inkişaf meyllərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

Fatma Yıldırımın sözlərinə görə, bu gün elm və təhsilin bütün pillələrində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu layihələrin əhəmiyyəti böyükdür. Həyata keçirilən dövlət proqramları da çox vacibdir: "Bu gün ölkəmizdə elmtutumlu iqtisadiyyat quruculuğu geniş vüsət alıb. Bu amil iqtisadiyyatın inkişafında vacib rol oynayır. Peşəkar iqtisadçı mütəxəssislərin yetişdirilməsində Azərbaycan Dövlət İqtisad Universitetinin rolu xüsusi vurğulanmalıdır. Eyni zamanda, UNEC-in həyata keçirdiyi layihələr də elm və təhsilin inkişafına töhfələr verir. UNEC-in "Elm gözəldir: məktəbdən elmə" və "Elmin populyarlaşdırılması" layihələri də çox təqdirəlayiqdir. Çünki layihələrin əsas məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir. Bu məsələdə gənclərin elmə marağı xüsusi vurğulanmalıdır. Çünki elmin gələcək inkişafı üçün yeni kadrların, gənclərin bu sahəni seçməsi vacibdir. Ona görə də, həyata keçirilən layihələr bu baxımdan müstəsna önəm kəsb edir".

Millət vəkili bildirib ki, elm və iqtisadiyyatın vəhdəti elmtutumlu sahələrin inkişafına xüsusi töhfə verir, milli iqtisadiyyatın yeni mərhələyə keçidini, innovativ inkişafa qədəm qoymasını sürətləndirir. Qarşıya qoyulmuş əsas hədəflərdən biri də müasir tələblərə cavab verən kadr hazırlığının və elmi tədqiqatların aparılması, iqtisadiyyatın inkişaf templərinə uyğun elmtutumlu sahələrin formalaşdırılmasıdır. Bu meyarlar ali təhsil müəssisələri qarşısında da yeni vəzifələr qoyur, elm-təhsil-iqtisadiyyat quruculuğunun ahəngdarlığının artırılmasını zəruri edir: "Ali təhsil siyasəti yeni iqtisadiyyat, sənaye, elm müəssisələri ilə birgə sıx əlaqəli şəkildə həyata keçirilməklə mövcud iqtisadi inkişafın tələbələrinə cavab verməlidir. Ona görə də, UNEC-ın reallaşdırdığı layihələri yüksək qiymətləndirirəm".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, elm və bilik cəmiyyətin inkişafında mühüm rol oynayır və bu sahədə həyata keçirilən təşəbbüslər gənclərin elmə marağını artırmaq, onların dünyagörüşünü və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək baxımından çox vacibdir: "UNEC-in "Elm gözəldir: Məktəbdən Elmə" və "Elmin Populyarlaşdırılması" layihələrinə start verməsi təqdirəlayiq addımdır və bu, elmin yalnız akademik dairələrdə deyil, daha geniş ictimaiyyət arasında da yayılmasına böyük töhfə verəcək. Dünyada elmi maarifləndirmə və populyarlaşdırma istiqamətində bir çox uğurlu nümunələr mövcuddur. Məsələn, ABŞ-da MIT OpenCourseWare layihəsi elmi bilikləri hər kəs üçün açıq edir, Birləşmiş Krallıqda Royal Institution Christmas Lectures məktəblilər üçün maraqlı və interaktiv elmi seminarlar təşkil edir, Fransada isə F?te de la Science adlı elmi festival keçirilir, müxtəlif yaş qruplarına uyğun eksperimentlər və seminarlar təqdim olunur. Bu kimi təşəbbüslər elmin daha əlçatan və cəlbedici olmasına kömək edir və UNEC-in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır".

Günay Əkbərovanın dediyinə görə, elmin populyarlaşdırılması üçün yalnız nəzəri biliklər vermək kifayət deyil, onu real həyatla əlaqələndirmək, praktiki və tətbiqi yanaşmalar təklif etmək lazımdır. İnteraktiv seminarlar, laboratoriya eksperimentləri, STEM yarışları, gənc alimlərlə görüşlər və sosial mediada elmi məzmunun yayılması bu istiqamətdə vacib addımlardır. Gənclər elmi kitablarda yazılmış quru məlumat kimi deyil, gündəlik həyatlarında istifadə edə biləcəkləri bir vasitə kimi görməlidirlər. Məsələn, iqlim dəyişikliyi ilə bağlı ekoloji layihələr, süni intellekt və robototexnika üzrə təcrübələr, kosmos tədqiqatları ilə əlaqəli interaktiv sessiyalar onların elmə marağını artırmaq üçün effektiv üsullardır: "UNEC-in bu təşəbbüsü digər universitetlər, məktəblər və elmi qurumlar tərəfindən dəstəklənməli, geniş miqyasda tətbiq olunmalıdır ki, Azərbaycanda elmi düşüncə tərzi daha da inkişaf etsin və gənc nəslin tədqiqatçılıq ruhu güclənsin. Mən də elm və təhsil sahəsində fəaliyyət göstərən bir mütəxəssis kimi belə təşəbbüsləri yüksək qiymətləndirir, bilik və təcrübəmi bölüşməyə, gənclərin elmə marağını artıracaq layihələrdə iştirak etməyə və dəstək verməyə hazıram. Elmi cəmiyyətə yaxınlaşdırmaq, onu sevdirib, həyatın ayrılmaz hissəsinə çevirmək bizim ən vacib missiyalarımızdan biridir".

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin təşəbbüsü ilə həyata keçirilən "Elm gözəldir: məktəbdən elmə" layihəsini şagirdlərin elmə, təhsilə marağının artırılması baxımından yüksək qiymətləndirilə bilər: "Hesab edirəm ki, "Elm gözəldir: məktəbdən elmə" adlı layihə məktəblilərin elmi biliklərini artırmaq və biliyin gücünü onlara öyrətmək baxımından çox böyük önəm daşıyır. Elimli, bilikli gənc nəslin yetişməsi üçün elmin təbliğinə məhz məktəbdən başlamaq vacibdir. Bu baxımdan "Elm gözəldir: məktəbdən elmə" layihəsini dəstəkləyir və davamlı olmasını arzulayıram".

Ekspert qeyd edib ki, bu gün gənclər arasında elmə marağın artırılması üçün əlavə stimullaşdırıcı tədbirlərə ehtiyac var. Bu baxımdan "Elmin Populyarlaşdırılması" təşəbbüsü də mühüm əhəmiyyət daşıyır: "Müasir Azərbaycan gəncliyi digər sahələrlə yanaşı, elm və təhsilin də davamlı inkişafının, innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsi və gələcək üçün qarantıdır. Müstəqilliyimizin zəmanəti olan elm, təhsil və innovasiyalar - bilik, savad və müasirlikdir, gəncliyi gələcəyə aparan işıqlı yoldur. Elimli gənclik yetişdirmək üçün onlar arasında elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmi təbliğ etmək zəruridir. UNEC bu vacib missiya öz üzərinə götürüb. Əminəm ki, "Elmin populyarlaşdırılması" təşəbbüsü çərçivəsində keçirilən görüşlər, elm adamlarının səsləndirdiyi fikirlər, gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan verəcək. Elmə marağı olan gənclərin bu istiqamətə yönəlməsinə təkan verəcək. Mən UNEC rektoru, professor Ədalət Muradovun təşəbbüsü ilə elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən bütün layihələri dəstəkləyir və alqışlayıram".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri