Icma.az
close
up
RU
Elmin yolunda dayanan akademik Saffari yazır...

Elmin yolunda dayanan akademik Saffari yazır...

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda “Niyə yaşlı məmur olmamalıdır?” sualının tək cavabı var, o da İsa Həbibbəylidir. Bəli, ona indi sadəcə məmur demək daha ədalətlidir. Gərək ki, İsa müəllimin haqqına girməyək. Yəni birdən-birə ona elm adamı deməyə nə ehtiyac var?

Doğrudan da, başa düşmək olmur ki, onun Azərbaycan elminə hazırda hansı faydası toxunur? Biri var, faydan toxunsun, bir də var, sürtüb keçsin. İsa Həbibbəyli isə, mənə görə sürtüb də keçmir. Eləcə vurub qaçır.

O da məlumdur ki, xüsusilə son illər İsa Həbibbəyli gündəmə adekvat olmayan danışıq və əməllərlə gəlib.

Daha dəqiq, az qala, indiyə qədər elmlə gündəmə gəldiyini də görən olmayıb. Sonuncu dəfə bir robot dostumuz da başını götürüb əlindən güclə qaçmışdı. Hətta gördü ki, birinci qaça bilmir, tez işıqlarını söndürüb özünü ölülüyə vurdu.

Deyərdim ki, bu gün İsa Həbibbəyli hansı vəziyyətdədirsə, Azərbaycan elmi də məhz o vəziyyətdədir.

Bəs belədirsə, üstəlik, cəmiyyət arasında ciddi bir nüfuzu, reputasiyası da yoxdursa, onun formal olaraq Elmlər Akademiyasının prezidenti olmağının hansı əhəmiyyəti var?

Elmlər Akademiyasında işləyən adamlardan başqa, demək olar, sosial şəbəkələrdə bircə nəfər də İsa müəllim haqqında müsbət söz yazmayıb.

Bütün bunlar heç nə demirmi? Bir elm adamına qarşı insanlar niyə bu qədər qəddar olsun? Bəs elm insanı kamilləşdirirdi?

Yaxşı, bəs Azərbaycan elminin maraqları?

Axı İsa Həbibbəyli öz maraqlarını güclə qoruyur, Azərbaycan elminin maraqlarını necə qorusun?

Ümumiyyətlə, akademiyanın fəaliyyəti bəzən mənə elə təsir bağışlayır ki, sanki məqsəd elmi inkişaf etdirmək yox, eləcə xatirəsini qorumaqdır.

Üstəlik, elə bilirəm, ora iclaslar üçün nəzərdə tutulmuş min kdavratlıq, yaxşı havalandırma sistemi olan obyektdir. Demək olar, orada hər gün bir neçə iclas olur və hamı da super yatır.

Mənə elə gəlir ki, qəfil kimsə akademiyaya daxil olub “islahat” sözünü qışqırsa, hərə bir tərəfə qaçacaq.

Fakt budur ki, Elmlər Akademiyasının fəaliyyəti daha çox yubiley tədbirlərinin təşkili işinə baxır.

Məsələn, dünyanın qabaqcıl universitetlərində, akademiyalarında rektorlar soruşurlar:

-Bu il neçə patent aldıq?

Bizdə isə soruşurlar:

-Bu il neçə yubiley keçirdik?

Görünür, həqiqətənn də akademiyanın ən sürətli şöbəsi “yubiley komissiyası”-dır. Orada işıq sürəti ilə işləyirlər. Kimin 70 yaşı olur, tədbir. 75 yaşı olur, konfrans. 80 yaşı olur, beynəlxalq səviyyəli tədbir. 85 yaşı olur, xüsusi kitab. Başqa sözlə, Elmlər Akademiyasında elmin əsas inkişaf göstəricisi elə yaş göstəricisidir.

Şübhəsiz, alimlərimizin çoxu da İsa Həbibbəylidən geri qalmır.

Məncə, akademiyada ən maraqlı peşə də “tədbirdə əl çalan alim” peşəsidir. Alimlər var ki, illərlə eyni çıxışlara, eyni yerdə, eyni ritmlə alqış vururlar. Bəlkə də, orada artıq alqışın da akademik dərəcəsi var.

Məsələn, “Professor alqışı”, “Müxbir üzv alqışı”, “Akademik alqışı”.

Di gəl, nəsə baş verəndə özlərini elə aparırlar, elə bil, elmlə məşğul olurlar, ciddi nəaliyyətləri var.

Mənə elə gəlir ki, əgər Nyuton Azərbaycanda yaşasaydı, alma başına düşməzdən əvvəl üç komissiyanın rəyini gözləyəcəkdi və o rəyi verməyəcəkdilər.

Təsəvvür edirəm ki, Enşteyn nisbilik nəzəriyyəsini təqdim edəndə ona deyəcəkdilər:

-Mövzu maraqlıdır, amma əvvəl yubiley tədbirimiz bitsin, baxarıq.

Sonda isə sual olunur:

Maraqlıdır, Akademiyanın prezidenti elmi irəli aparmırsa, heç olmasa, elmin yolundan çəkilə bilməzmi?

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 İyul 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri