Icma.az
close
up
RU
Elmir Musayev: “SOCAR Green” milli enerji şirkətinə çevrilmək astanasındadır”

Elmir Musayev: “SOCAR Green” milli enerji şirkətinə çevrilmək astanasındadır”

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“SOCAR Green” artıq milli enerji şirkətinə çevrilmək astanasındadır

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev COP29 çərçivəsində keçirilən "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması" adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda bir çox şirkət ənənəvi neft və qaz fəaliyyətindən qlobal və ya milli enerji şirkətinə çevrilmək istiqamətində əsaslı dəyişikliklər həyata keçirir.

E. Musayevin sözlərinə görə, SOCAR da bu dəyişikliklərin astanasındadır: “SOCAR Green”in adı neft və qazla sinonim olub. Lakin indi SOCAR milli enerji şirkətinə çevrilmək istiqamətində ciddi addımlar atır və artıq bir sıra dekarbonizasiya təşəbbüslərinə başlayıb. COP29-un Bakıda keçirilməsi də bu dəyişikliklərin bir hissəsidir. Keçən il COP28-də iştirak edənlər SOCAR-ın dekarbonizasiya üzrə iddialı hədəflərini öyrənə biliblər. Bu hədəflərə 2030-cu ilə qədər bütün əməliyyat aktivlərində sıfır rutinin yandırılması, 2035-ci ilə qədər “upstream” seqmentində sıfır metan emissiyasına nail olmaq və 2030-cu ilə qədər karbon emissiyasının intensivliyini əhəmiyyətli dərəcədə azaltmaq daxildir.”

E. Musayev bildirib ki, SOCAR-ın məqsədi 2022-ci il baza ilinə nisbətən korporativ emissiya intensivliyini 30 %, 2035-ci ilə qədər isə ümumi emissiyaları 20 % azaltmaqdır. Uzunmüddətli hədəf isə 2050-ci ilə qədər sıfır karbon səviyyəsinə çatmaqdır.

“SOCAR Green”in direktoru əlavə edib ki, şirkətin mandatı yalnız günəş və külək enerjisi layihələri ilə məhdudlaşmır. “Biz karbontutma, istifadə, saxlama, “yaşıl hydrogen” istehsalı və digər yeni texnologiyaların səmərəliliyinin öyrənilməsi istiqamətində də ciddi səylər göstəririk. Bu layihələr çərçivəsində SOCAR-ın infrastrukturunu yenidən nəzərdən keçirir və yaşıl təşəbbüslərə uyğunlaşdırırıq. SOCAR "Climate and Sustainability Lighthouse" proqramı çərçivəsində BP ilə əməkdaşlıq edir və bu, SOCAR-ın aktivlərini dekarbonizasiya etməyə dəstək verir. Şirkət “Enerji keçidi və ətraf mühit” adlı yeni bir seqment yaradaraq bu təşəbbüsləri idarə edir. 2023-cü ilin dekabr ayında SOCAR-ın Nəzarət Şurası yaşıl təşəbbüsləri irəli aparmaq üçün xüsusi bir qurumun yaradılmasına qərar verib və 2024-cü ilin martda “SOCAR Green” rəsmi olaraq fəaliyyətə başlayıb”.

E. Musayev vurğulayıb ki, “SOCAR Green”in məqsədi təkcə SOCAR-ın dekarbonizasiya hədəflərinə nail olmaq deyil, eyni zamanda ölkənin enerji keçidi sahəsindəki məqsədlərinə töhfə verməkdir: “İki ildən az bir müddətdə artıq 1,4 qiqavat gücündə bərpa olunan enerji layihələri portfelinə sahibik. Məsələn, bir qiqavat gücündəki "Meqa" layihəsi çərçivəsində “Total” şirkəti ilə əməkdaşlıq edirik. Bundan əlavə, BP ilə birgə Bakıda yerləşən neft və qaz terminalını dekarbonizasiya etmək üçün fotovoltaik layihə həyata keçiririk. Çin tərəfdaşlarımızla isə Yüksək Dağlıq rayonda ümumilikdə 160 meqavat gücündə günəş enerjisi layihəsi üzərində çalışırıq”.

O, həmçinin qeyd edib ki, “SOCAR Green” bu böyük dəyişiklikləri dərk edir və qarşıda duran çətinlikləri qəbul edir: “Lakin biz bu dəyişikliklərə hazır olduğumuzu düşünür və enerji keçidində böyük rol oynamağı hədəfləyirik.”

Regionda həyata keçirilən daha böyük miqyaslı layihələrə də toxunan E. Musayev Avropa bazarına ixrac üçün nəzərdə tutulan təxminən beş gigavatlıq yaşıl enerji dəhlizləri, Qara dəniz sualtı kabeli və Xəzər-Qara dəniz-Avropa enerji dəhlizi layihələrinin “SOCAR Green” tərəfindən yaxından izlənildiyini vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri