Icma.az
close
up
RU
Elmir Musayev: SOCAR Green bərpaolunan enerjidən əlavə, enerji səmərəliliyi sahəsində də fəaliyyət göstərir

Elmir Musayev: SOCAR Green bərpaolunan enerjidən əlavə, enerji səmərəliliyi sahəsində də fəaliyyət göstərir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"SOCAR Green" hazırda bərpaolunan enerji sahəsində bir neçə əsas istiqamət üzrə fəal şəkildə çalışır. Prioritetlərimizdən biri Günəş və külək enerjisi layihələridir. Bu sahədə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə əməkdaşlığımız mövcuddur. Birgə həyata keçirdiyimiz 1 GVt-lıq layihə çərçivəsində 240 MVt külək və 760 MVt Günəş enerjisi gücündə qurğuların yaradılması nəzərdə tutulur".

Bu fikirləri Oxu.Az-a açıqlamasında "SOCAR Green" şirkətinin direktoru Elmir Musayev deyib.

Direktor bildirib ki, eyni zamanda, bp ilə birgə Cəbrayıl rayonunda 240 MVt gücündə Günəş enerjisi layihəsi həyata keçirilir ki, bu da Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək:

"Bundan əlavə, Çinin "China Energy", "China Datang" və "PowerChina" kimi şirkətləri ilə əməkdaşlıq istiqamətində danışıqlar aparırıq. Bu əməkdaşlıq çərçivəsində həm Günəş panelləri, həm də dənizdə külək enerjisi layihələri planlaşdırılır.

İki konsorsium ilə anlaşma memorandumu imzalanıb. Birincisi "Masdar" və "ACWA Power" şirkətlərindən ibarətdir və 3.5 GVt-a qədər külək enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. İkinci konsorsium isə "China Datang" və "PowerChina" ilə yaradılıb və burada 2 GVt-a qədər layihə üzrə əməkdaşlıq nəzərdə tutulub".

E.Musayev əlavə edib ki, "SOCAR Green" bərpaolunan enerjidən əlavə, enerji səmərəliliyi sahəsində də fəaliyyət göstərir:

"Məsələn, dünən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə pilot hibrid bərpaolunan enerji layihəsi ilə bağlı niyyət məktubu imzalanıb. Bu layihə agentliyin dekarbonizasiya prosesinə dəstək olacaq".

"SOCAR Green" beynəlxalq əməkdaşlığı uzunmüddətli və strateji tərəfdaşlıq prinsipi əsasında qurur. Tərəfdaşlarımızın məqsədi ölkənin inkişafına davamlı və uzunmüddətli töhfə verməkdir.

Bu yanaşma layihələrin uğurla həyata keçirilməsinə, ölkə iqtisadiyyatının inkişafına, əmək bazarının güclənməsinə, eləcə də təhsil və insan kapitalının artırılmasına xidmət edir.

"SOCAR Green" olaraq məqsədimiz yalnız investisiya cəlb etmək deyil, dəyər yaradan və ortaq vizyonu bölüşən doğru tərəfdaşlarla əməkdaşlıq etməkdir. Bu yolla ölkənin yaşıl enerji keçidinə və davamlı inkişafına öz töhfəmizi verməyə sadiqik", - deyə E.Musayev fikirlərini yekunlaşdırıb.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri