Icma.az
close
up
RU
Elmlər doktoru Dövlət Agentliyindən şikayətçidir Ülkər Səttarova kütləvi saxtakarlıq edir

Elmlər doktoru Dövlət Agentliyindən şikayətçidir Ülkər Səttarova kütləvi saxtakarlıq edir

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Elm və Təhsil Nazirliyi (ETN) Fizika İnstitutunun işçisi, elmlər doktoru Elman Şahverdiyev redaksiyamıza müraciət edərək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarovanın ona qarşı haqsızlıq etdiyini bildirib.

Redaktor.az-ın məlumatına görə, alim məktubunda yazıb ki, EATDA onun mükafatını (iki ildə cəmi 7 min AZN) vermir:

"Kütləvi saxtakatlıq edirlər. Mayın 29-da direktor Ülkər Səttarovanın qəbulunda oldum. Məni heç 10 dəqiqə dinləmədi, polis çağırdı və məni qəbuldan uzaqlaşdırdılar. Özünü qanundan üstün tutur! İmzaladığı sənədlərdən belə xəbəri yoxdur! Kütləvi saxtakarlıq edir.

İndi ölkə alimləri SCOPUS-a daxil ola bilir, ordan yararlanırlar. Əlimdə kimlər mükafat alır (aylıq), onların bir hissəsinin siyahısı var. Orada bir nəfərin balı 1.61-dir; keçid balı isə 2-dir. İnsan müdaxiləsi olub ki, həmin adam mükafat alır! Ü.Səttarova mənə deyir ki, sən o siyahıni neçə əldə etmisən? Ü.Səttarova elmi zülmətdə saxlayır. Sanki heç kim SCOPUS-dan istifadə etməməlidir! O, kimi istəsə ona mukafat verəcək. Qəbulda mənə dedi ki, özünü yaxşı aparsaydın, sənin haqqında da fikirləşərdik?! Sonra da əlavə etdi ki, hamıya mükafat versəm də sənə verməyəcəm.

2024-cü ildə mükafarçılar 21 nəfər idi (2018-2023). 2025-də isə (2019-2024) dəfələrlə çox. Bir neçə nəfər 2-3 yerdən TOP mükafat alırlar! Səttarova deyir ki, niyə də almasınlar. Yarım ştat olsalar da! Daha bir neçə nəfərə TOP 10 faiz yazılıb. Ağ yalandır! 2024-cü ildə hesablamalar yalnız SCOPUS data əsasında aparılırdı. Bu ildən isə Web of  Science (WoS) də qoşulub. Buna biz abunə deyilik. Bu, bir kommersiya təşkilatıdır. Demək olar kı, heç nə acıqlamır! Bu da Ü. Səttarovaya imkan verir ki, gostəricilərlə kefi istədiyi kimi manipulyasiya etsin! Düzgün olardı ki, WoS-dan  təcili imtina edilsin".

Elman Şahverdiyev daha sonra yazıb ki, Ü.Səttarova elmdə kasta yaradıb.

"Top mükafatları eyni adamlar alır! 10-30 nəfərlik bir kasta var. Hirş indeksləri isə heç 10-a çatmır. Mənim lap təmiz Hirş indeksim 14-dür (ozünə istinadlarsız, bütün həmmüəlliflərin istinadları və kitablardan istinadlar istisna olunmaqla). İşlədiyim Fizika İnstitutunda ən yüksək nəticədir (akademiklərin və müxbir üzvlərin 95 faizinin Hirş indeksi mənimkindən azdır). 30 nəfərlik qrup necə olar! İşlək qrup 5-6 nəfər olar. 30 nəfərlik kasta nüfuz alveri edir. Yaxşı, bu məqalələr ki, dərc olunur, bəs onda elmdə əsas keyfiyyət göstəricisi Hirş indeksi niyə aşağıdır! Bunlar yəqin kəmiyyətin keyfiyyətə keçəcəyinə ümid edirlər. Amma bu çətin ki, baş versin! Ü.Səttərovannın digər bir hiyləsi odur ki, o konfrans sənədlərini məqalə kimi qəbul edir. Ölkənın elmi problemi cəmi sənədlərlə bağlı deyil. Əsas problem istinad olunmuş məqalələrlərlə, vahid məqaləyə düşən istinadlarla, Hirş indeksi ilə bağlıdır!

Ü.Səttarova Hirş indeksi yuxarı olanların işini stimullaşdırmaq əvəzinə, Hirş indeksi ən yüksək olanı mükafatsız qoyur. Deyir ki, əməkdaşlar sevinməlidir ki, onlara o, mükafat verir. Almayanlar da sevinməlidir! Bu direktor deyəsən camaatı voyer (mədəni-yengə) yerinə qoyur! Ümumilikdə, müsabiqə bitəndən sonra qaydaları dəyişmək onun şakəridir. Ü.Səttarova dövlət büdcəsinə külli miqdarda ziyan vurur, vəsifəsindən sui-istifadə edir, vəzifə səlahiyyətlərini aşır. Jurnalistlərə açıqlamasında da yalanlar danışır. SCOPUS-dan istifadə edir (saxtakarcasına), amma SCOPUS-dan gətirdiyim məktubu nəzərə almır. Nədi-nədi SCOPUS mənim balımı düzgün hesablayır! WoS-u heç nəzərə almamaqla belə (bircə CNCİ-dən başqa).

2025-ci ildə sənəd qəbulu fevralın axında bitsə də Ü.Səttarova ilin ilk 2 ayının mükafatlarını dədə-baba malı kimi ödəyib", - deyə elmlər doktoru qeyd edib.

Alim saytımız vasitəsilə dövlət başçısına müraciət edrək, Ülkər Səttarova haqqında ciddi tədbirlər görülməsini, ona olan borcun tam həcmdə geri qaytarılmasını xahiş edib. 

Elman Şahverdiyev elm və təhsil naziri Emin Əmrullayevin onu qəbul etmədiyini də qeyd edib:

"O, əsasən təhsil (orta məktəblər) naziri kimi tanınır. Onun elmə nazirlik etməsi bir təcrübəsiz cavuşun döyüşən orduya rəhbərliyi fikrini yaradır!", - deyə o, əlavə edib.

Elman Şahverdiyevin şikayəti ilə bağlı Redaktor.az Elm və Ali Təhsil üzrə Dövlər Agentliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirildi ki, həmin şəxsi tanıyırlar.

"Agentlikdə dəfələrlə qəbulda olub. Onu çox yaxşı dinləmişik. Sonuncu dəfə Ülkər xanımın qəbulunda da olub. Bu barədə məlumat da paylaşılıb. Elman Şahverdiyevin dedikləri əsassızdır.

Bildiririk ki, 2025-ci il üçün elmi iş müəlliflərinin mükafatlandırılması qaydasına əsasən, 2019-2024-cü illəri əhatə edən dövrdə "Scopus" və "Web of Science" bazalarının hər birində minimum 3 məqaləsi olan və müəllif balı azı 2.00 olan tədqiqatçılar qiymətləndirməyə daxil edilir. Müəllif balı Q, FWCI, CNCI və TOP10% jurnallarda nəşr göstəricilərinə əsasən hesablanır.

Elman Şahverdiyevin müəllif balı 2025-ci ilin yanvar-aprel aylarında 0.75 təşkil etdiyindən, müəssisə tərəfindən mükafat alanlar sırasına daxil edilməyib.

Ötən il tətbiq olunan qaydalara əsasən qiymətləndirmə "Scopus" tərəfindən tərtib edilmiş Azərbaycan üzrə Top500 müəllif siyahısı əsasında aparılıb və yalnız bu siyahıda yer alan tədqiqatçılar mükafatlandırılıb. Elman Şahverdiyev həmin siyahıya daxil olmadığından, 2024-cü ildə də mükafat alanlar siyahısında yer almayıb və hər iki ildə E.Şahverdiyev tərəfindən edilən vətəndaş müraciətləri mövcud qaydalara uyğun şəkildə cavablandırılıb", - deyə Dövlət Agentliyinin cavabında deyilir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri