Icma.az
close
up
RU
Kürdəmir sakini DOST Agentliyindən şikayətçidir

Kürdəmir sakini DOST Agentliyindən şikayətçidir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mustafa Əhmədov işdən qanunsuz olaraq çıxarıldığını iddia edir

Kürdəmir rayonu, Qarabucaq qəsəbə sakini Əhmədov Mustafa Məmməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, ona hər hansı xəbərdarlıq olunmadan,DOST Agentliyi tərəfindən işdən çıxarılıb:

“Mən, Əhmədov Mustafa Məmməd oğlu, bu il, fevral ayının 5-də işlədiyim DOST Agentliyi tərəfindən, heç bir xəbərdarlıq edilmədən, işdən azad edilmişəm. Həmçinin, qeyd edim ki, fevral ayının 6-da təlimata imza atıb işə çıxmışam və saat 11:20-də bilmişəm ki, işimə son verilib.

Məsələ ilə bağlı 142 cağrı mərkəzi ilə hər ay danışıram. Təəssüf ki, köməklik göstərmirlər. Xəbərdalıq etmədən işdən çıxartdıqlarına görə, mənə təzminat verməlidirlər. Lakin 8 aydır bir qəpik pul ala bilməmişəm.

İş yerindən bildirirlər ki, işdən çıxarılmamışdan bir həftə əvvəl “sosial gov” vasitəsilə xəbər göndərmişik. İnanın Allaha, bu yalandır və biabırçılıqdır. Mənə elə bir mesaj gəlməyib”.

Məsələ ilə bağlı DOSTAgentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, “Məşğulluq haqqında” Qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi deyil, müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir. Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədi daşıyır:

“Məhz bu çərçivədə DOST İş Mərkəzi ilə 1965-ci il təvəllüdlü Əhmədov Mustafa Məmməd oğlu arasında 5 yanvar 2021-ci ildə əmək müqaviləsi bağlanıb.

Müqavilə əsasında Mustafa Əhmədov həmin tarixdən etibarən 5 fevral 2025-ci ilə qədər ilə qədər DOST İş Mərkəzinin həyata keçirdiyi “İşsizin dostu” proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 nömrəli Kürdəmir yol sahəsində köməkçi vəzifəsində çalışıb.

5 fevral may 2025-ci il tarixdə Mustafa Əhmədovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar xitam verilib. Bunu qeyd edək ki, DOST İş Mərkəzi müqaviləyə xitam verməzdən 1 həftə öncə sosial işlərdə çalışan şəxslərə müqavilə müddətinin başa çatacağı ilə bağlı xəbərdarlıq bildirişi göndərir.

Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür.  Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına dəvət olunaraq qeydiyyata alınır. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır.

Hazırda da ictimai işlər proqramının icrası davam etdirilir və on minlərlə vətəndaşımız bu proqram çərçivəsində əmək fəaliyyəti ilə məşğuldur”.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri