Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Elnarə Akimova: Azərbaycan heç bir dövlətin dini siyasi təsir dairəsi deyil

Elnarə Akimova: Azərbaycan heç bir dövlətin dini siyasi təsir dairəsi deyil

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vahid məktəbli forması məsələsinə birmənalı yanaşmaq lazımdır. Azərbaycanın məktəblərdə vahid geyim qaydalarını müəyyənləşdirməsi suveren dövlətin öz təhsil siyasətini həyata keçirmək hüququdur".

Kulis.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında Milli Məclisin deputatı, ədəbiyyatşünas alim Elnarə Akimova bildirib: "Bu qərarı süni şəkildə “hicaba qadağa” kimi təqdim etmək, cəmiyyətdə dini həssaslığı qızışdırmaq və ayrı-ayrı aksiyaları şişirdərək kütləvi narazılıq görüntüsü yaratmaq sadəcə yanlış şərh deyil, ictimai rəyə məqsədli şəkildə təsir göstərmək cəhdidir. Əgər xaricdən idarə olunan və ya xarici siyasi-dini dairələrin təsiri altında fəaliyyət göstərən hesablar ölkəmizdəki qərarları təhrif edir, insanları qarşıdurmaya səsləyir və dövlətin daxili siyasətinə təzyiq göstərməyə çalışırsa, bu, artıq adi fikir mübadiləsi deyil. Belə fəaliyyət Azərbaycanın daxili işlərinə müdaxilə əlaməti daşıyır və cəmiyyət tərəfindən ayıq qiymətləndirilməlidir.
Bir məqamı da açıq demək lazımdır: dini dəyərlər heç kimin siyasi manipulyasiya vasitəsi olmamalıdır. İnanclı insanların hisslərindən istifadə edərək uşaqları, valideynləri və müəllimləri dövlətlə üz-üzə qoymağa çalışmaq nə dinə hörmətdir, nə də səmimi dini mövqe. Uşaqların təhsili siyasi təzyiq alətinə çevrilməməli, məktəblər ideoloji qarşıdurma meydanına dönməməlidir. Məktəbli geyiminə dair qaydalar qanunvericiliyin tələbləri və dünyəvi təhsil prinsipləri çərçivəsində müzakirə predmetinə çevrilməlidir. Bu qaydaları dini düşmənçilik kimi qələmə vermək cəmiyyəti çaşdırmaqdan başqa məqsədə xidmət etmir.
Aksiyaların sayını və miqyasını şişirtməklə kütləvi etiraz görüntüsü yaratmaq isə təbliğatın köhnə üsullarındandır. Sosial şəbəkədə çoxsaylı paylaşım real ictimai rəyin göstəricisi deyil. Eyni məzmunun müxtəlif hesablar vasitəsilə yayılması, emosional ifadələrdən istifadə və təsdiqlənməmiş məlumatların dövriyyəyə buraxılması insanlarda süni təəssürat formalaşdıra bilər. Cəmiyyət bu cür manipulyasiyaları faktlardan ayırmağı bacarmalıdır.
Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil və öz daxili qərarlarını kənardan gələn göstərişlərə əsasən vermir. Ölkəmizin təhsil siyasəti də, ictimai həyatın təşkili də milli qanunvericiliyimizə və dövlətimizin maraqlarına söykənir. Heç bir xarici mərkəz Azərbaycana hansı qaydaları tətbiq etməli olduğunu diktə edə bilməz. Bu, suverenlik məsələsidir və burada güzəştə yer yoxdur.
Eyni zamanda, hər hansı xarici müdaxilə şübhəsi konkret faktlarla qiymətləndirilməli, hüquqi nəticələr fərziyyələrə deyil, sübutlara əsaslanmalıdır. Əhali isə təxribatçı çağırışlara qoşulmamalı, mənbəyi bəlli olmayan məlumatları yaymamalı, rəsmi qərarları təhrif edən təbliğata uymamalıdır. Dövlətin gücü yalnız qanunlarla deyil, həm də cəmiyyətin sağlam düşüncəsi, milli birliyi və manipulyasiyalara qarşı möhkəm mövqeyi ilə ölçülür.
Mənim mövqeyim aydındır: dinə hörmət adı altında Azərbaycanın daxili işlərinə müdaxiləyə, uşaqların və valideynlərin hisslərindən siyasi məqsədlərlə istifadəyə, cəmiyyətdə süni qarşıdurma yaratmaq cəhdlərinə yol verilməməlidir. Azərbaycan xalqı öz dəyərlərinə sahib çıxmağı da, dövlətinin suverenliyini qorumağı da bacarır. Bu iki prinsip bir-birinə zidd deyil; əksinə, müstəqil dövlətimizin sağlam ictimai əsaslarını təşkil edir".

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri "Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri