Icma.az
close
up
RU
Deputat Elnarə Akimova tələbələrlə görüşdü

Deputat Elnarə Akimova tələbələrlə görüşdü

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə keçirilən “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimovanın universitet tələbələri ilə görüşü böyük maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, tədbir gənclərin vətənpərvərlik ruhunda formalaşması, dövlətçilik ənənələrinin yaşadılması və Ulu Öndərin irsinin gənclərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki rolunu xüsusi vurğulayıb. O bildirib ki, “tarix boyu xalqının taleyinə məsuliyyətlə yanaşan, milli maraqları hər şeydən üstün tutan, uzaqgörən siyasətçi və müdrik dövlət xadimi kimi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının qürur mənbəyidir.” Ramin Səmədov eyni zamanda qeyd edib ki, Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını yaradaraq ölkəmizi beynəlxalq səviyyədə tanıtmışdır. “Bu gün Prezident İlham Əliyev həmin strateji xətti uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev ideyalarının, xüsusilə gənclərin savadlı, vətənpərvər və milli ruhda yetişməsi istiqamətində irəli sürdüyü prinsiplərin reallığa çevrilməsi onun dövlətçilik irsinin əbədiyaşarlığının bariz göstəricisidir,” – deyə o əlavə edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də çıxış edərək vurğulayıb ki, dünyanın hər bir ölkəsinin tərəqqisi onun tarixindən və dahi şəxsiyyətlərin uzaqgörən siyasətindən asılıdır. O bildirib ki, “Tarixi şəxsiyyətlər yaradır. Xalqımızın yetirdiyi böyük siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Onun zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir.”

B. Nəbiyev həmçinin qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu tarixi Zəfərlərə imza ataraq ölkənin ərazi bütövlüyünü təmin edib.

Görüşdə məruzə ilə çıxış edən deputat Elnarə Akimova Ulu Öndərin Azərbaycan xalqı üçün əvəzsiz irsindən danışıb. O bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır:

“Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır.”

Deputat həmçinin vurğulayıb ki, Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti bir-birini tamamlayaraq xalqına bağlılığın, milli dövlətçilik prinsiplərinə sədaqətin təcəssümü olmuşdur.

“Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib,” – deyə Elnarə Akimova qeyd edib.

Onun sözlərinə görə, Ulu Öndərin müəyyən etdiyi istiqamətlər bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və əldə olunan tarixi Zəfərlər onun siyasət xəttinin uğurla reallaşmasının sübutudur.

Tələbələrin suallarını cavablandıran deputat gəncləri fəal vətəndaşlıq mövqeyi göstərməyə, öz bilik və bacarıqlarını vətənpərvərlik ruhunda istifadə etməyə çağırıb. O qeyd edib ki, gənclərin savadlı və milli ruhda yetişməsi Azərbaycanın gələcəyinin təminatıdır və hər bir vətəndaş Ulu Öndərin irsini daim yaşatmalıdır.

Görüşün sonunda xatirə şəkli çəkdirilib və tələbələr ilə səmimi dialoq şəraitində fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri