Elnarə Xəlilovanın Səsi İngiltərə və ABŞ Mətbuatında Tərifləndi
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
Müğənni Elnarə Xəlilova tanınmış bəstəkar Leyla Romanovanın layihəsində yer alıb.
Sfera.az xəbər verir ki, Leyla Romanova “The One Uncoded” trekini təqdim edib.
Layihədə vokalı Elnarə Xəlilova ifa edib.
Leyla Romanovanın layihəsi haqqında İngiltərə, ABŞ, Fransa və başqa ölkələrdə məqalələr çıxıb. Yayımlanan məqalələrdə Elnarə Xəlilovanın ifası xüsusi qiymətləndirilib və “sehrli səs” adlandırılıb:
“Kompozisiya boyunca dəqiq və mürəkkəb piano motivləri geniş elektron aranjimanda süzülərək irəliləyir və bu səsləri birləşdirən əsas xətt isə döyünən texno ritmləridir. Bu mürəkkəb səs palitrasına xüsusi dərinlik və insaniliyi isə Elnarə Xəlilovanın sehrli vokalları qatır”.
Qeyd edək ki, Leyla Romanova orkestr, kamera və neoklassik fortepiano musiqisindən tutmuş trans-texnoya kimi müxtəlif janrlarda musiqilər yaradan bəstəkardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















