Icma.az
close
up
RU
ABŞ mətbuatında soydaşımızın məqaləsi dərc olunub

ABŞ mətbuatında soydaşımızın məqaləsi dərc olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) George Mason Universitetinin tələbəsi, universitetin Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin (Center for Security Policy Studies) redaktoru Əli Məmmədovun bu ölkənin mətbuatında məqaləsi işıq üzü görüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müəllif “ABŞ-ın Cənubi Qafqaza yanaşmasını tənzimləməyin vaxtı çatıb” (“Time to adjust the US approach to the South Caucasus”) adlı məqaləsində Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə yenidən baxmasının zəruriliyini vurğulayıb. O, bölgədə dəyişən güc balansını təhlil edərək ABŞ-ın regiona daha aktiv və məqsədyönlü yanaşmasının vacibliyini qeyd edib. Rusiya-Ukrayna müharibəsi fonunda bölgədə Rusiyanın təsirinin zəiflədiyini, İranın isə öz rolunu artırmağa çalışdığını bildirib. Bu şəraitdə ABŞ-ın iştirakının sabitliyə və strateji tarazlığa töhfə verə biləcəyini diqqətə çatdırıb.

Müəllif məqaləsində İkinci Qarabağ müharibəsi və onun nəticələrinə də toxunub. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Türkiyənin dəstəyi və Rusiyanın passivliyinin regionda siyasi və təhlükəsizlik baxımından yeni vəziyyət yaratdığını bildirib. İranın isə Ermənistanla əlaqələrini gücləndirərək Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasına qarşı ehtiyatlı mövqe tutduğunu vurğulayıb.

Yazıda Ermənistan-Azərbaycan sülh prosesi region üçün çox mühüm fürsət kimi qiymətləndirilir. Qeyd edilir ki, ABŞ bu prosesi dəstəkləməklə yanaşı, Gürcüstan da daxil olmaqla üç ölkə arasında iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsini təşviq etməlidir. Bu yanaşmanın formal ittifaqlardan fərqli olaraq çevik diplomatiya və regional təşəbbüslərin dəstəklənməsi ilə həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.

Məqalədə, həmçinin ABŞ-ın Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlığı, enerji və nəqliyyat layihələrinə dəstəyi, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı üçün Cənubi Qafqazda Şərq-Qərb dəhlizlərinin əhəmiyyəti vurğulanıb. Müəllifin fikrincə, Vaşinqtonun formalaşmaqda olan yeni yanaşması – ikitərəfli əməkdaşlıq, infrastruktur əsaslı siyasət və enerji təhlükəsizliyinə fokuslanma həm regionun dayanıqlılığını gücləndirə, həm də ABŞ-ın strateji maraqlarını təmin edə bilər.

Məqaləni linkə keçid etməklə ətraflı oxumaq mümkündür.

Qeyd edək ki, Əli Məmmədov 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin və 2024-cü ildə Amerika-Azərbaycan Gənclər Forumunun iştirakçısı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri