Elnur Əliyev: Növbəti 5 ildə dünyada 92 mln. iş yerinin tənəzzül edəcəyi gözlənilir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hər il Davos Forumu ərəfəsində Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Gələcəyin Peşələri” (“Future of Jobs”) adlı 2025-ci il üzrə hesabatına əsasən, texnologiyaların mənimsənilməsi ilə növbəti 5 ildə iş mühitində bacarıqların 39%-nin transformasiyaya məruz qalacağı proqnozlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, avtomatlaşdırma və digər texnoloji tərəqqi nəticəsində növbəti 5 ildə qlobal miqyasda 92 milyon iş yerinin tənəzzülə məruz qalacağı, əvəzində daha çox - 170 milyon yeni iş yerinin yaranacağı təxmin edilir:
“Belə bir şəraitdə əsas çağırış yalnız texnologiyanı mənimsəmək deyil, onunla birlikdə insan kapitalını, bacarıqları və əmək bazarını da paralel şəkildə transformasiya etməkdir. Əks halda, rəqəmsal bərabərsizlik daha da dərinləşə və texnologiyadan əldə olunan faydalar cəmiyyətin yalnız məhdud hissəsinə çata bilər”, - deyə E. Əliyev əlavə edib.

