Icma.az
close
up
RU
Elnur Əliyev Fransada səfərdədir

Elnur Əliyev Fransada səfərdədir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın paytaxı Paris şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Həftəsi - 2026” tədbirində iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində “Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi yolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və strateji təşəbbüslər barədə məlumat verilib.  Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayan ölkəmizin beynəlxalq nəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb.

Qeyd edilib ki, makroiqtisadi sabitlik, əlverişli investisiya mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artmasına təkan verir. 

Rəqəmsallaşma və müəssisələrin rəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş irimiqyaslı layihələrin regional enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə çatdırılıb.

Ölkəmizin  beynəlxalq tərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfli investisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrini genişləndirdiyi nəzərə çatdırılıb.
O cümlədən, Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğu vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Görüşdə ölkəmizin İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında tərəfdaşlığın prioritet istiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransaya səfər çərçivəsində “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye ilə görüşüb.

Görüşdə  Azərbaycanda formalaşdırılmış etibarlı və əlverişli biznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri