Icma.az
close
up
RU
Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikasına səfər edib

Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikasına səfər edib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri çərçivəsində Braziliyada tərəfdaşlığın inkişafına dair müzakirələr aparılıb, Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib.

XQ xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikasına səfər edib. Səfər çərçivəsində Braziliyada görüş və tədbir keçirilib, əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Braziliyanın vitse-prezidenti, inkişaf, sənaye, ticarət və xidmətlər naziri Jeraldo Alkmin iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevi qəbul edib. Qəbul zamanı Azərbaycanın Braziliya ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd edilib ki, Braziliya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkə ilə ticarət dövriyyəsi 230 milyon ABŞ dollarından çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəkdir. Braziliya ilə ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin gündəliyində olan məsələləri müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat nazirinin birinci müavini, Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev tədbirdə ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə Braziliya ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu baxımdan Birgə İşçi Qrupu mühüm platforma rolunu oynayacaq. İclasda Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün müxtəlif güzəştlər və münbit şərait təqdim edən geniş sənaye və aqroparklar şəbəkəsi haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət edilib.

Braziliyanın xarici işlər nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Laudemar Qonçalves de Aguiar Neto Azərbaycanla müxtəlif iqtisadi məsələlər üzrə tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda Azərbaycanın Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, o cümlədən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sahələrdə işbirliyinin genişləndirilməsinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib. Tədbirin yekununa dair imzalanan protokolda ticarət və investisiya, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, texnologiya, elm və təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri öz əksini tapır.   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri