Elnur Eltürk təltif olunub
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyulun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Akademik Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib. O, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev və digər görkəmli ziyalıların mətbuat ənənələrinin formalaşması və inkişafında mühüm xidmətlər göstərdiklərini qeyd edib.
Tədbirdə bir qrup media nümayəndəsi mükafatlandırılıb.
AMEA-nın əməkdaşı, həmçinin araşdırmaçı-jurnalist Elnur Eltürk də "Döş nişanı" ilə təltif olunub.
E.Eltürk diqqətə və yüksək etimada görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və AMEA rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 23 İyul 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















