Icma.az
close
up
RU
Qazaxıstanla bizi qan, ortaq dəyərlər birləşdirir Elnur Eltürk

Qazaxıstanla bizi qan, ortaq dəyərlər birləşdirir Elnur Eltürk

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qazaxıstan dəhşətli faciənin aradan qaldırılması istiqamətində Azərbaycanla birgə çalışdı

"Qədim Xəzər dənizinin sahillərini paylaşdığımız Azərbaycanla da səmimi münasibətlərimiz var". Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının qurultayında bildirib.

Qazaxıstan lideri ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı Azərbaycan və qazax xalqlarının birliyinin daha geniş üzə çıxdığını qeyd edib: "Xalqımızın ən yaxşı keyfiyyətləri çətin anlarda daha aydın üzə çıxır. Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Vətəndaşlarımız zərərçəkənlərə yardım etmək üçün səfərbər oldular. İnsanlar qan vermək üçün növbəyə durdular. Azərbaycanın səfirliyi qarşısına güllər qoydular. Bütün dünya xalqımızın həmrəyliyinə və fədakarlığına heyran oldu. Bu anlarda həmvətənlərimizin geniş qəlbi, açıqlığı və mərhəməti bir daha özünü göstərdi. Rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qoruyub saxlamalı və onları böyüyən nəslə ötürməliyik”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışını dəyərləndirən ictimaiyyət üzvlərinin fikrincə, onun Azərbaycanla münasibətlərə verdiyi yüksək dəyəri və xalqlarımız arasında yaranmış səmimi dostluq əlaqələrini ifadə edir. Tokayev Qazaxıstan Xalq Assambleyasının qurultayında etdiyi bu açıqlamada iki ölkə arasındakı tarixi və mədəni bağlılıqları “qədim Xəzər dənizinin sahillərini paylaşmaq” kimi poetik və dərin bir obrazla vurğulayıb.

Tokayevin “rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir” deməsi, bu insani dəyərlərin yalnız qəza kontekstində deyil, eyni zamanda ölkəsinin mədəni kimliyində daşıyıcı rol oynadığını göstərir. Eyni zamanda bu sözlər, Qazaxıstanın regionda dinc, humanist və dostluğa əsaslanan siyasət yürütməyə davam edəcəyini göstərir.


Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk də “Sherg.az"a açıqlamasında qeyd edib ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında siyasi-iqtisadi və mədəni münasibətlərin rolu böyükdür. Onun sözlərinə görə, iki ölkə liderinin əlaqələrimizin inkişafında prinsipial mövqeləri var:


 “Üstəlik, Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şəxsi münasibətlərini yaddan çıxartmaq olmaz. Bu əlaqələrimizin əsas mayaklarından biridir. Bu əlaqələr həm də iki qardaş xalq üçün yeni imkanlar yaradır. Bəzən elə hadisələr baş verir ki, bu münasibətlərin inkişafında yeni mərhələ açır. Qazaxıstanın Aktau şəhərində keçən il baş verən məlum faciə Qazaxıstan xalqının bizə qarşı olan münasibətini göstərdi. Bu dəhşətli faciə birliyimizi gücləndirdi. Qazax qardaşlarımız əsl birlik və qardaşlıq mövqeyi göstərdilər. Hadisə baş verən ərəfədə onların səfərbər olması və 1500-dən çox insanın qanvermədə iştirakı qardaşlığımızın təməl daşlarını gücləndirdi. Qazaxıstan dəhşətli faciənin aradan qaldırılması istiqamətində Azərbaycanla birgə addım atdı. Heç bir zaman bunu unutmaq olmaz. Hər zaman onların fədakarlıqları yaddan çıxmamalıdır. Bizi qan, ortaq dəyərlər birləşdirir. Bu dəyərləri qorumaq və inkişaf etdirmək gələcək nəsillərin üzərinə düşür. Heç bir zaman imkan verməməliyik ki, münasibətlərimizə zərər gəlsin. Bunun üçün xalqımızın ayıq-sayıq olması önəmli məsələdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri