Elnur Soltanov: Gömrük orqanları öz gəlirlərinin bir hissəsini ətraf mühitə cavabdeh olan layihələrə ayıra bilərlər
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
Enerji səmərəliliyinə nail olmaq üçün gömrük xidmətlərinin imkanları digər qurumlardan çoxdur.
Bunu COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.
O bildirib ki, gömrük təşkilatlarının bu problemlə məşğul olmaq üçün əsas üstünlüyü bəzi dövlət qurumlarından fərqli olaraq gəlir mənbələrinin olmasıdır: "Bunu nəzərə alaraq gömrük orqanları öz gəlirlərinin bir hissəsini ətraf mühitə cavabdeh olan layihələrə ayıra bilərlər. Bu müstəqil gəlir mənbəyi "yaşıl transformasiya" üçün dinamik bir vasitədir".
Eyni zamanda, E. Soltanovun sözlərinə görə, bu gəlir mənbəyi həm də ictimaiyyətə yönəlmiş kommunikasiya fəaliyyətini həyata keçirmək imkanı verir: "Ölkəyə daxil olan insanlar ödədikləri müəyyən ödənişin "yaşıl transformasiya" layihələrinə töhfə verdiyini görə bilərlər. Bu da effektiv vasitəsi kimi istifadə edilə bilər". (report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















