İspaniya La Liqası: “Barselona” səfərdə “Betis”in qonağı olacaq, “Atletiko” “Atletik”lə qarşılaşacaq in İCMALI
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya La Liqasının XV turunun oyunları cümə günündən bazar ertəsinə qədər davam edəcək və tur artıq “Oviedo” – “Malyorka” (0:0) qarşılaşması ilə başlayıb.
İdman.Biz xəbər verir ki, turun əsas afişaları siyahısında liderlər qrupuna təsir edəcək iki oyun xüsusi yer tutur: “Betis” – “Barselona” və “Atletik” (Bilbao) – “Atletiko” (Madrid).
“Betis” – “Barselona” (6 dekabr)
Lider “Barselona” 24 xalla avrokubok uğrunda mübarizəni davam etdirən “Betis”in qonağı olacaq. Katalon klubunun 37 xalı var, “Betis” isə bir oyunu əskik olmaqla 24 xal toplayıb və bu qarşılaşma turnir cədvəlinin yuxarı hissəsində ciddi dəyişikliklərə səbəb ola bilər.
Qonaqlar son turda “Atletiko”nu 3:1 hesabı ilə məğlub edərək əhval-ruhiyyəni artırıb. “Betis” isə La Liqada “Sevilya” ilə derbidə (2:0) qələbə qazanaraq liderin səfəri öncəsi emosional üstünlük qazanıb.
“Atletik” (Bilbao) – “Atletiko” (Madrid) (6 dekabr)
Bilbaoda keçiriləcək görüş həm meydan sahibləri, həm də qonaqlar üçün liderlər qrupundan geri qalmamaq baxımından həyati əhəmiyyət daşıyır. “Atletiko” 31 xalla 4-cü, “Atletik” isə 20 xalla 8-ci pillədə qərarlaşıb.
“San-Mames”in ab-havası oyuna ciddi təsir edəcək. Son iki böyük məğlubiyyət (“Real”a 0:3, “Barselona”ya 0:4) fonunda “Atletik” üçün bu matç itirilmiş inamı geri qaytarmaq imkanı kimi dəyərləndirilir.
XV turun digər oyunları
5 dekabr
“Oviedo” – “Malyorka” 0:0
6 dekabr
“Vilyarreal” – “Xetafe”
“Alaves” – “Real Sosyedad”
7 dekabr
“Elçe” – “Xirona”
“Valensiya” – “Sevilya”
“Espanyol” – “Rayo Valyekano”
“Real” – “Selta”
8 dekabr
“Osasuna” – “Levante”
La Liqanın turnir cədvəli (6 dekabr)
“Barselona” – 37
“Real” – 36
“Vilyarreal” – 32
“Atletiko” – 31
“Betis” – 24
“Espanyol” – 24
“Xetafe” – 20
“Atletik” – 20
“Rayo Valyekano” – 17
“Real Sosyedad” – 16
“Elçe” – 16
“Selta” – 16
“Sevilya” – 16
“Alaves” – 15
“Malyorka” – 14
“Valensiya” – 14
“Osasuna” – 12
“Xirona” – 12
“Oviedo” – 10
“Levante” – 9
Teymur Tuşiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















