Icma.az
close
up
RU
Elşad Hacıyev yerindədir

Elşad Hacıyev yerindədir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“POLİS” yunan sözüdür. Mənası şəhər, dövlət deməkdir. Bir vaxtlar Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət olub. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə adamlarının ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi.
Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas təbəqəyə - aristokratlara, demokrtalara və oliqarxlara ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər, oliqarxlar isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin - şəhər dövlətlərinin varlığına son qoydular. Lakin şəhər-dövlətlərinin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi “POLİS” termini də bu gün yaşayır. Amma başqa mənada - dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkələrində tətbiq edildi.
Hazırda dünyanın bir çox yerində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan şəxslərə POLİS deyilir...

Polisdə, o cümlədən hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə rütbə artımı bəlkə də adi bir məsələdir. Məlumdur ki, bu sahədə vəzifə yüksəldikcə, ona müvafiq rütbə də verilir. Yadımdadır, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin polkovnik-leytinant rütbəsi alması sözün əsl mənasında insanlar arasında sevinclə qarşılandı. Hamı onu təbrik etməyə tələsirdi.

Əslində, buna səbəb rütbə yox, Elşad Hacıyevə olan xalq məhəbbəti idi. Bəli, o, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir, yerindədir. İnsan yerində olanda isə bütün bucaqlardan baxanda elə yerində görünür...

Haraya göz gəzdirirsən gəzdir, sosial şəbəkə platformalarında, eləcə də KİV-də Elşad Hacıyevə rast gəlirsən. O, ölkə ərazisindəki kriminal hadisələr, polisin uğurları, nöqsanları haqqında ictimaiyyəti daim məlumatlandırır. Daha doğrusu, onu izləməklə ölkədə baş vaerən bütün hadisələrdən xəbərin olur. Zarafat deyil, sanki böyük bir təbliğat və təşviqat maşınının işini görür...

Heyf ki, haqqında geniş bilgi əldə edə bilmədim. İnternet şəbəkəsində onun barəsində çox az məlumat var. Amma buna baxmayaraq, bu ölkənin bir vətəndaşı kimi, xidməti fəaliyyətini, sosial platformalarda insanlarla gözəl rəftarını əsas tutub, ona minnətdarlığımı çatdırmaq istəyirəm...

Bəli, polkovnik-leytinant Elaşad Hacıyev Azərbaycan POLİSİNİ sevdirməyi bacarır.

Onun timsalında bütün polislərimizi 2 iyul Polis Günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, xidməti uğuralar arzulayıram...

Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see380

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see338

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see328

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see311

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see302

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see296

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see273

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see254

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see251

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see238

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see203

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see178

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri