Icma.az
close
up
RU
Elşad Miridən həcc ziyarətinə gedənlərə çağırış: Şeytanı daşlamayın

Elşad Miridən həcc ziyarətinə gedənlərə çağırış: Şeytanı daşlamayın

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il Həc ziyarəti ərəfəsində bir sıra məsələlər gündəmə gətirilir. Onlardan biri də ziyarət zamanı zəvvarların simvolik olaraq şeytana daş atması ilə bağlıdır. Belə ki, şeytanın daşlanmasına inananlar olsa da, bunun absurd addım olduğu deyilir. Mərasimin arxasında biznes maraqlarının dayandığı iddia olunur. Lakin əksəriyyət bildirir ki, atılan daşlar bir növ insanları həmişə günaha düşürmək üçün fürsət axtaran şeytana qarşı müqavimət göstərməni təmsil edir.

Doğrudanmı Kəbə ətrafında şeytana daş atmaq mümkündür, yoxsa bu, bir rəvəyət və ya biznes növüdür?

Globalinfo.az-a danışan ilahiyyatçı Elşad Miri deyib ki, islamın yeganə mənbəyi Qurandır. Onun sözlərinə görə, Quranda şeytana daş atmaq anlayışı yoxdur:

“Bu gün Həcc adı altında gedən insanlar Arafatdan sonra Muzdalifədən keçirlər. Bunun ardından daş yığıb Camarata gedirlər. Camaratı isə şeytanı daşlama yeri kimi qəbul edirlər. Bu da əslində totemizmdir. Bunun islam və Quranla heç bir əlaqəsi yoxdur”.


Elşad Miri

Elşad Miri deyib ki, şeytan daşlama bir rəvayətdir:

“Sadəcə, müxtəlif rəvayətlər ortaya çıxarıblar ki, guya İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparanda şeytan onu aldatmağa, fikrindən daşındırmağa çalışıb. İndi bunlar da şeytana daş atmaqla bunu həyata keçirirlər. Halbuki Quranda şeytana daş atmaq kimi göstəriş yoxdur. Bu insanlar yerdən daş yığıb şeytana atmaq yerinə, o yerlərdə olan natəmizliyi təmizləsinlər. Şeytanlığı elə həmin yerləri çirkləndirən insanların özləri etmiş olmurmu?!”

İlahiyyatçı bildirib ki, şeytana bu qədər daş atılırsa, o, çoxdan ölməli idi:

“Əgər bu qədər şeytan ordadırsa, hər il ora gedən milyonlarla insan bunu daşlayıb öldürə bilmədimi? Bəziləri məsələni hərdən mənəvi yöndən izah etməyə çalışırlar, amma faktiki olaraq insanlar əllərinə daş yığıb orda betondan düzəldilən yerə daş atırlar. Bunun məntiqi əsası ola bilərmi? Allah bizdən belə bir şey istəyə bilərmi? Həqiqətənmi bu, şeytan daşlamadı? Bu, necə şeytandır ki, əvvəllər kiçik olub, sonradan həmin yeri daha da böyüdüblər ki, zəvvarlar çoxalıb ora daş atırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri