Elşad Quliyev: Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının qrup mərhələsinin son matçında Mavritaniya üzərində qələbə qazandıqları oyunu dəyərləndirib.
"Report” xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.
O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:
"Bizə dəstək göstərən xalqımıza təşəkkür edirəm. Sağ olsunlar, əziyyət çəkib arenaya gəlirlər və sona qədər dəstəklərini əsirgəmirlər. Bunun sayəsində qələbə qazandıq. Çətin oyun idi, səbrlə, sona qədər rəqibin müdafiəsini zərərsizləşdirməyə çalışdıq. Matçın bitməsinə az qalmış qol vurmaq bizə nəsib oldu. Uşaqlar yaxşı oyun göstərdilər”.
E.Quliyev rəqiblərin Azərbaycan yığmasına qarşı müdafiə futbolu sərgilədiyini söyləyib:
"Oyunlar getdikcə daha da çətinləşir. Çünki rəqiblər də digər komandaları təhlil edirlər. Rəqiblər bizə qarşı açıq futbol sərgiləmir, müdafiədən oynayırlar. Belədə artıq güc itiririk və bizim üçün çətin olur. Növbəti mərhələdə rəqiblərimiz müəyyənləşəndən sonra təhlil edib hazırlaşcağıq. Futboldu, kimsə qalib gəlməlidir. Daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 May 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















