Icma.az
close
up
RU
Elşad Quliyev: “Meydançada can qoymalısan ki, qələbə qazanasan”

Elşad Quliyev: “Meydançada can qoymalısan ki, qələbə qazanasan”

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatının ikinci turunda Azərbaycan yığması A qrupunda Sloveniya yığması ilə qarşılaşıb. Matç millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərimizi, bizi sevənləri təbrik edirəm. İnanıram ki, onlara xoş gün bağışladıq. Daha yaxşı oyunlar bizi gözləyir".

- Qələbəni gözləyirdiz? 
- Biz bu oyunlara çox hazırlaşmışıq. Oyun sistemimiz budur. İlk matçda tribunalar dolu idi. Ola bilər ki, uşaqlar bir az problem yaşadı. Bundan sonra bütün oyunları belə oynayacağıq. Dünya çempionatının favorit komandalarından biriyik.

- Azarkeşlər haqda nə deyə bilərsiniz? 
- Möhtəşəm idilər. Hər kəsə təşəkkür edirəm.

- Bugünkü qələbə ilk matçdakı heç-heçənin təsadüf olduğunu göstərdi? 
- Bizim komandanın gücü bu da deyil, daha yuxarısıdır. Daha yaxşı oyunlar bizi gözləyir. Hər matça belə hazırlaşsaq, qələbənin ardı gələcək.

- Bu gün qollardan birini "Xəzər Lənkəran"ın keçmiş futbolçusu Kamran Abdullazadə vurdu. Ondan gözləntiləriniz böyükdür? 
- Kamran yaxşı futbolçudur. Onu bir ildən çoxdur dəvət etmişik. Həm minifutbolda "Zirə"də oynayır, həm də milli komandada. Potensialı yüksək olan futbolçudur. İstəməzdim ki, belə futbolçular böyük futboldan uzaqlaşsınlar. Xoşdur ki, "Xəzər Lənkəran"da çıxış etmiş oyunçu milli komandaya kömək edir. Daha yaxşısını edə bilər.

- Rəqibləri necə dəyərləndirirsiz? 
- Bu, dünya çempionatıdır. Rəqiblər həqiqətən güclüdür. Daha güclü rəqiblər qarşıdadır. Arxayın olsaq, hər kəs xal ala bilər. Bu gün gördük ki, Çad millisi son dünya çempionuna qalib gəldi. Meydançada can qoymalısan ki, qələbə qazanasan.

Yüksək Liqa: “Şuşa”dan darmadağın Millimizin baş məşqçisi: “Təcrübəsizliyin əziyyətini çəkdik” Millimiz Türkiyəyə məğlub oldu Millimizin baş məşqçisi: “Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq” Millimiz Bosniya və Hersoqavinaya uduzdu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 May 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri