Icma.az
close
up
RU
Eltun İbrahimov: Dedilər ki, bu, Benfika nın həyatında dönüş ola bilər MÜSAHİBƏ

Eltun İbrahimov: Dedilər ki, bu, Benfika nın həyatında dönüş ola bilər MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" UEFA Çempionlar Liqasındakı səfər oyunlarını da azarkeş dəstəyi altında keçirməkdədir. Artıq elə bir ölkə yoxdur ki, orada Avropa və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı fanatlar komandanı stadiondan uğura səsləməsinlər.

Onlardan biri 2017-ci ildən Ağdam klubunun çıxışlarını birbaşa qitə arenalarında canlı izləyən Eltun İbrahimovdur.

Əslən ağdamlı olan İbrahimov Avropaya tələbə kimi yollanıb və Almaniyanın Passau Universitetindən məzun olub. Hazırda özəl şirkətdə çalışan həmyerlimiz artıq 8 ildir doğma rayonunun komandasının yanındadır.

Son olaraq, İbrahimov "Qarabağ"ın Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur qarşılaşmasını "Da Luj" stadionunda izləyib.

İdman.biz xəbər verirki, o, Sportnet.az-a müsahibəsində oyun barədə təəssüratlarını bölüşüb və digər məsələlərlə bağlı maraqlı açıqlamalar verib:

– "Benfika" ilə matç "Qarabağ"ın Avropada izlədiyiniz neçənci oyunu idi?

– Sayını unutmuşam. 2017-dən bəri səfər oyunlarına getməyə çalışıram.

– Oyunla bağlı təəssüratlarınız necə oldu?

– Hər kəs belə bir hesabın olacağını təxmin edirdi. Bilirdik ki, komandamız xarakterli oynayacaq. Xüsusən, ilk hissədə buraxdığımız sadə qollar bizə bir sillə kimi oldu. Sonradan özümüzə gəldik və hamı başa düşdü ki, baş məşqçi Qurban Qurbanovun taktikası hücumlarımızı inkişaf etdirmək üzərindədir. Hesab 0:2 olanda belə, komandamızdan gözləntilərimiz vardı. Stadionda 64 nəfər idik və heç kim susmurdu. İlk növbədə, bu qələbəni bizə yaşadan Qurban müəllimə və "Qarabağ" komandasına təşəkkürümüzü bildirdik. Son 5 ildə Qarabağla bağlı, demək olar ki, sadəcə zəfər və yaxşı xəbərlər eşidirik.

– Oyuna hansı ölkələrdən azarkeşlər gəlmişdi?

– ABŞ-ın Boston şəhərindən 4-5 azərbaycanlı dostumuz gəlmişdi. Qurban müəllim də bunu müsahibələrinin birində – hətta "Braqa" ilə oyunda qeyd etmişdi. Demişdi ki, onların göstərdiyi əzm, sadiqlik komandanın diqqətini cəlb edib. Biz komandanın özü ilə də görüşə bildik. Onlar bizi hər oyunda gördükləri üçün yaxşı tanıyırlar. İspaniyadan, Almaniyadan, Polşadan, Azərbaycandan – müxtəlif ölkələrdən gələn həmvətənlərimiz var idi. Komandaya uğurlar arzuladıq. Onlara necə güvəndiyimizi, onlardan necə qələbə gözlədiyimizi bir daha qeyd etdik.

– Oyundan sonra sizə yaxınlaşıb, tribunada təşəkkür etdilərmi?

– Əlbəttə. Artıq bu, daim təkrarlanan hadisəyə çevrilib. Oyundan sonra "Qarabağ"ın oyunçusundan klub prezidentinə qədər hər kəs azarkeşlərə yaxınlaşıb təşəkkür edir. Sosial şəbəkələr üzərindən də, stadionda canlı olaraq da edirlər.

– Futbolçulardan sizə forma hədiyyəsi edən oldumu?

– Xeyr. Əslində bizim yerimiz sektorun yuxarı hissəsində yerləşirdi, onlarla birbaşa kontaktımız yox idi. Amma əminəm ki, aşağı sektorlarda otursaydıq, böyük ehtimalla, mümkün olardı. Təxmin edirəm ki, bizim yuxarı sektorda oturmağımız "Benfika"nın qərarıdır. Ola bilsin, səsimizin meydançaya daha yaxşı çatmaması üçün belə addım atıblar. Çünki Braqada da bizim sektor eyni cür yerləşmişdi. Təxminən Portuqaliyada bu bir standartdır.

– Biletlərin qiyməti necə idi?

– Biz biletləri iTicket saytından əldə etmişdik, ona görə də standart qiymətlər idi.

– Sizə orada "Benfika" azarkeşləri tərəfindən çətinliklər yaradan oldumu?

– Qətiyyən. "Benfika" tərəfi bizə çox hörmətlə yanaşdı, hörmətlə qarşıladılar. Hətta bəzi xatirə əşyaları dəyişmək imkanım oldu. Oyundan sonra söhbət etdik, bizə uğurlar arzuladılar. Dedilər ki, bəlkə də bu qələbə onların həyatında bir dönüş ola bilər. Çünki hazırda "Benfika" klubunda prezident və baş məşqçi dəyişikliyi gözlənilir. "Benfika" azarkeşləri məğlubiyyət səbəbindən məyus idilər, amma mən heç deməzdim ki, daşqınlıq yaradacaq dərəcədə üzgün idilər.

– Uzun müddətdir "Qarabağ"ın avrokubok oyunlarına gedirsiniz. Bu səfəri necə dəyərləndirirsiniz?

– Bu illər ərzində ən bəyəndiyim səfərlərdən biri idi. Braqada azarkeşlərimiz belə qarşılanmamışdı. Orada qələbəmiz təbii görünürdü, çünki "Braqa"nın oyunları yaxşı getmirdi və bunu qəbul etmişdilər. Amma bu dəfə – "Benfika" üzərindəki qələbə hər kəsi təəccübləndirdi və qəbul etmək çətin oldu. Mən stadionda çox şəkil və video çəkməyin tərəfdarı deyiləm. Sadəcə bayraqlarımız və bannerlərimiz vardı. Bu dəfə barabanımız yox idi, nəzərdə tutulmamışdı. Özüm "İmarət Avropa" fan-klubunun üzvüyəm, amma hər hansı fan-klubun nümayəndəsi kimi yox, sırf öz təşəbbüsümlə getmişdim.

– "Qarabağ"ın Avropada tanıdılması üçün başqa hansı işlər görürsünüz?

– Düşünürəm ki, bu cür təşəbbüslər Azərbaycanın Avropada tanıdılması üçün çox önəmlidir. Mən elmi işçi kimi Almaniyada fəaliyyət göstərirəm və çalışdığım şirkət vasitəsilə də ölkəmizi tanıtmaq imkanım olur. Qarabağ adını yalnız "Qarabağ" klubu ilə deyil, həm də tariximiz, mədəniyyətimiz, zəfərlərimizlə Avropada tanıtmaq lazımdır. Tələbə vaxtlarımda daha çox auditoriyam var idi. Dünyanın müxtəlif yerlərindən tələbə dostlarım Qarabağın adını məndən eşidirdilər. Onlara daim izah edirdim ki, Qarabağ yalnız futbol klubu deyil, həm də Azərbaycanın zəfər rəmzidir. Hətta bir çox dostlarım mənimlə birlikdə oyunlara gəlirdi, bəziləri birgə matçlara baxırdı.

– Ağdamda heç olmusunuz?

– Ora getmək mənə hələ qismət olmayıb. Amma ən böyük arzularımdan biridir. Atam da qarabağlıdır, Ağdamda doğulub. Mən uşaq vaxtı "İmarət" stadionunun adını sadəcə eşidirdim, amma indi Avropada onun bayrağını oyunlarda qaldırmaq mənim üçün ayrıca qürurdur. Əlavə olaraq demək istəyirəm ki, mən dəfələrlə müsahibələr vermişəm və orada azarkeşlərə çağırış etmişəm ki, təkcə səfər oyunlarında yox, Bakıda keçirilən ev oyunlarında da "Qarabağ"a dəstək olsunlar. Çünki futbolçular azarkeşlərin verdiyi motivasiyadan güc alırlar.

– Yerli çempionat oyunlarına azarkeşlərin marağı barədə nə düşünürsünüz?

– Mən heç kimin səmimiyyətini mühakimə edə bilmərəm, amma inanıram ki, hər kəs üçün "Qarabağ"ın yerli çempionatdakı uğuru çox önəmlidir. Dostlarım da daim "Qarabağ"ın Premyer Liqa oyunlarını izləyirlər. Çünki Çempionlar Liqasına gedən yol məhz Premyer Liqadan keçir. Sevindirici haldır ki, stadion mədəniyyətimiz əvvəlki dövrlərə qayıdır. Mən "Qarabağ"ın ilk illərində stadionların həmişə dolu olduğunu xatırlayıram. İndi də ümid edirəm ki, bu ənənə yenidən canlanacaq və azarkeşlərimiz komandamızı hər yerdə dəstəkləyəcəklər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see172

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see147

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see132

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri