Icma.az
close
up
RU
Yəqin ki, Benfika nın məşqçiləri Qarabağ ın Braqa ilə oyunlarları analiz edib MÜSAHİBƏ

Yəqin ki, Benfika nın məşqçiləri Qarabağ ın Braqa ilə oyunlarları analiz edib MÜSAHİBƏ

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" bu gün Çempionlar Liqasının yeni formatında ilk oyununa çıxacaq. Son görüşdə "Zirə"yə qarşı matçda "Qarabağ"ın performansını necə dəyərləndirirsən?

“Zirə” ilə görüşdə “Qarabağ”ın ən yaxşı oyununu oynadığını söyləyə bilmərəm. Əlbəttə ki, “Zirə”nin də çıxışını dəyərləndirmək lazımdır. “Qarabağ”ın futbolçularının millinin düşərgəsində olduğuna görə, bu oyuna tam heyətlə hazırlaşmaması da səbəblərdən biridir. Bu gün isə “Qarabağ” tam başqa atmosferdə oyuna çıxacaq. Çempionlar Liqasının ilk oyunu çox məsuliyyətli sınaqdır.

- Necə düşünürsən, "Qarabağ" səfərdə "Benfika" qarşısında hansı nəticəyə ümid edə bilər? Uğurlu nəticə gözləyirsən sabiq komandandan?

"Benfika" hər mövsüm avrokuboklarda çıxış edən və Portuqaliyanın köklü klublarından biridir. Baxmayaraq ki, hazırda Portuqaliyada 5-ci yerdədir, bizi kifayət qədər ağır oyun gözləyir. Fikrimcə, “Qarabağ” Portuqaliyadan bir xalla geri qayıda bilsə, bizim üçün yaxşı nəticə olacaq.

- "Qarabağ"dan "Braqa" ilə görüşlərdə də gözləntilər yüksək deyildi, amma təmsilçimiz uğur qazana bildi. Səncə, bu dəfə eyni ölkənin daha böyük klubuna qarşı oyun “Braqa” ilə görüşü xatırladacaq?

Əminəm ki, “Benfika”nın məşqçiləri “Qarabağ”ın “Braqa” ilə oyunlarını analiz edib. Onlar “Qarabağ”a daha ehtiyatlı və hörmətlə yanaşacaqlar. Odur ki, biz “Qarabağ” – “Braqa” oyunundan tam fərqli oyun izləyəcəyik.

- "Qarabağ"ın hücumçu transfer etməməsi çox müzakirə olundu və klub tənqid edildi. İndi isə Nəriman Axundzadə də zədəlidir. Sırf hücumçu Musa Qurbanlıdır. "Zirə" ilə görüşdə isə vinger Kamilo Duran hücumçu kimi oynamışdı. Səncə, irəli xətdə Duranın oynaması yaxşıdır, yoxsa Musanın?

"Zirə” ilə matçda hücumdakı boşluq özünü kifayət qədər biruzə verdi. Nərimanın zədələnməsi də məşqçilər korpusuna əlavə çətinlik yaradır. Fikrimcə, bu gün start heyətində hücum xəttində Kamilo Duran yer alacaq.

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm ÇL-də təxmini necə xal toplaya biləcəyini düşünürsən? Hansısa böyük sürprizə inanırsan? Rəqiblər "Liverpul", "Çelsi", "Napoli", "Atletik"(Bilbao), "Kopenhagen", "Ayaks" və "Ayntraxt"(Frankfurt) klubudur...

Etiraf edək ki, qrupumuzdakı bütün komandalar top klublardır. Bəlkə qismən “Kopenhagen”i bu siyahıya daxil etməmək olar. Buna görə də “Qarabağ”ın istənilən qələbəsi sensasiya kimi qeydə alınacaq. Qrupdakı oyunları real dəyərləndirsək, “Qarabağ”ın 5-6 xal qazana biləcəyini düşünürəm.

- 2017/2018 mövsümündə "Qarabağ"ın ÇL-in qrupuna düşdüyü heyətlə indiki arasında fərq çoxdur? Hansı daha güclü görünür?

Məncə, heyət olaraq 2017/2018 mövsümündəki daha güclü idi. İndiki heyət də qrup mərhələsinə düşməklə güclü olduğunu göstərir. Sadəcə indi ÇL-də həm reqlament fərqlidir, həm də rəqiblər çox güclüdür. “Qarabağ”ı bu kimi komandalara qarşı izləmək çox maraqlı olacaq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri