Icma.az
close
up
RU
Əlvida İran, Tramp gəlir

Əlvida İran, Tramp gəlir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son aylarda qlobal siyasi sistemdə müşahidə olunan dinamika göstərir ki, dünyanın diqqət mərkəzi tədricən Ukrayna, Suriya və Venesuela kimi münaqişə zonalarından İrana doğru yönəlir. Beynəlxalq münasibətlər sistemində yaranmış yeni gərginlik vektoru məhz bu ölkə üzərində cəmləşir.

Geosiyasi baxımdan İran Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Körfəz xəttinin kəsişməsində yerləşən əsas düyün nöqtəsidir. Enerji resursları, tranzit yolları və hərbi-strateji mövqeyi onu qlobal güclər üçün kritik aktora çevirir. ABŞ, Çin, Rusiya və Avropa İttifaqı kimi böyük oyunçuların siyasətində İran məsələsi artıq mərkəzi mövqe tutur.

Donald Trampın “İranı vurmaq lazımdır” kimi ritorik çıxışları indi ABŞ-ın strateji təhlükəsizlik konsepsiyasının yenilənməsidir. Vaşinqton Tehranın nüvə proqramını, regiondakı proksi şəbəkələrini və İsrailə təhdid yaradan imkanlarını milli təhlükəsizlik problemi kimi görür.

Məhz bu səbəbdən ABŞ və müttəfiqləri İran diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırır. Bəzi ölkələrdə aksiyaçılar İran bayraqları səfirliklərdən endirilir. Bu, klassik diplomatiyada siyasi təcridetmə mexanizmi kimi tanınır.

İranın daxilində isə vəziyyət daha da mürəkkəbləşir. Məsud Pezeşkianın prezident seçilməsi sistem daxilində ciddi çatların yarandığını göstərir. Pezeşkian reformist qanadı təmsil edir və açıq şəkildə Ayətullah Xamneyin rəhbərlik etdiyi sərt xəttə alternativ mövqe ortaya qoyur. Onun “mən türkəm” bəyanatı yalnız etnik kimlik mesajı deyil, eyni zamanda İranın çoxmillətli strukturuna yeni siyasi məzmun vermək cəhdidir. Bu açıqlama Cənubi Azərbaycan, Təbriz və Ərdəbil kimi bölgələrdə ciddi siyasi rezonans yaradıb.

İran daxilində bu gün iki əsas güc mərkəzi mövcuddur. Bir tərəfdə SEPAH-a söykənən teokratik elita, digər tərəfdə isə cəmiyyətin modernləşməsini istəyən reformist blok var. Pezeşkian ikinci bloku təmsil edir və bu, Xamneyin otoritar sisteminə qarşı institusional risk yaradır. Bu vəziyyət klassik rejim transformasiyası ssenarisi kimi qiymətləndirilir.

Regionda gərginliyin artması fonunda Rusiya məsələyə ehtiyatlı yanaşır. Moskva üçün İran Ukrayna müharibəsində strateji tərəfdaşdır. İranın dron və raket texnologiyası Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna görə Kreml Tehranın destabilizasiyasında maraqlı deyil. Rusiya üçün İranın çökməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada güc balansının Qərb xeyrinə dəyişməsi deməkdir.

Çin isə İranı enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi görür. Pekin üçün İran neft və qaz mənbəyi olmaqla yanaşı, həm də “Bir Kəmər-Bir Yol” layihəsinin əsas qovşaqlarından biridir. Çin ABŞ-ın İrana hərbi müdaxiləsini qlobal ticarət axınlarına zərbə kimi qiymətləndirir. Bu səbəbdən Çin diplomatik yolla gərginliyin azaldılmasını dəstəkləyir.

Ukrayna müharibəsinin artıq strateji dalana girməsi Qərbin diqqətini başqa istiqamətlərə yönəldib. Venesuela da, Maduro da arxa plana keçib. Suriya artıq geosiyasi status-kvo kimi qəbul olunur. İran isə həm nüvə riski, həm regional müharibə, həm də daxili inqilab ehtimalı baxımından ən təhlükəli nöqtəyə çevrilib.

Hazırda İranda baş verənlər yalnız bir ölkənin daxili məsələsi kimi qiymətləndirlimir. Bu, qlobal güc balansının yenidən qurulması prosesidir. ABŞ üçün İranın zəiflədilməsi İsrailin təhlükəsizliyini təmin etmək və Yaxın Şərqdə hegemonluğunu möhkəmləndirməkdir. Rusiya üçün İranın saxlanılması Qərbin qarşısını almaqdır. Çin üçün isə İran iqtisadi arteriyadır.

Pezeşkianın Xamneyə qarşı açıq və ya gizli mübarizəsi İran daxilində elit parçalanmasını sürətləndirir. Bu isə sistem üçün ən təhlükəli mərhələdir. Tarix göstərir ki, avtoritar rejimlər məhz elita bölünəndə çökür.

Nəticə olaraq demək olar ki, İran hazırda qlobal siyasətin mərkəzində yerləşən əsas stress nöqtəsidir. Burada tək İranın taleyi həll olmur. Yaxın Şərqin gələcəyi, İsrailin təhlükəsizliyi, enerji bazarları və dünya güc balansı müəyyənləşir. Gərginlik ya nəzarətli transformasiya ilə nəticələnəcək, ya da regional müharibə ilə partlayacaq. Hər iki halda İran artıq dünya siyasətinin əsas cəbhəsidir. Daha bundan əvvəlki İran olmayacaq. Əlvida İran İslam Respublikası da demək olar.

Elnur ƏMİROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2026 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri