Icma.az
close
up
RU
Əlvida, Minsk Qrupu!

Əlvida, Minsk Qrupu!

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ATƏT Nazirlər Şurası Minsk Prosesi və əlaqəli strukturların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş görüşündə əldə olunan razılaşma çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları birgə müraciət nəzərə alınıb.

ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, bu strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin ən geci 1 dekabr 2025-ci ilə qədər yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qərarın gözlənilən olduğunu vurğulayıb:

“Bu qərarın verilməsi gözlənilən idi. Çünki Azərbaycan artıq 2022-ci ildən bu mövzunu dilə gətirir. ATƏT-in Minsk qrupu de-yure mövcud olsa da, de-fakto fəaliyyətsiz idi. Əlavə olaraq, sülh quruculuğu prosesinə maneə törədən amil kimi özünü büruzə verirdi.Nəticə etibarilə bir çox prosesdə Ermənistandakı revanşist dairələr bu strukturun mövcudluğuna ümid bəsləyirdi ki, struktur varsa, deməli münaqişə bitməyib. Amma sadə məntiq göstərirdi ki, münaqişə çözülübsə, struktur mövcud olmalı deyil. 2023-cü ildə 23 saatlıq lokal antiterror əməliyyatları nəticəsində faktiki olaraq, ölkəmizin bütün ərazisi işğalçılardan, separatçı rejimin qalıqlarından təmizləndi.  Münaqişə cənab Prezidentin həm hərb meydanında müdrik komandanlığı sayəsində, eləcə də diplomatik strukturların fəaliyyəti nəticəsində öz məntiqi nəticəsini tapdı. Nəticə etibarilə 2023-cü ildən bu strukturun mövcudluğuna hər hansı zərurət yox idi. 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayanda belə həmsədrlərdən biri olan Rusiya və digər həmsədrlər bu strukturun faktiki olaraq, qeyri-funksional olması ilə bağlı fikirlər söylədi. Buna baxmayaraq, müəyyən siyasi konyekturadan çıxış edən dairələr prosesi maksimum uzatmağa çalışdılar. Və Azərbaycanın israrlı təkidi nəticəsində ölkəmizin sülh üçün iki əsas şərtindən biri olan-Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət məsələsini Ermənistan qəbul etdi”.

A.Allahverənov bildirib ki, ATƏT-in Minsk qrupu artıq tarixin arxivinə göndərilib:

“Bu gün verilən qərar ATƏT-in Minsk qrupuna daxil olan struktur bölmələrin buraxılması, fəaliyyətinin dayandırılması ilə bağlı müəyyən prosedurlar var. Həmin prosedurlara uyğun olaraq, ATƏT-in Minsk qrupu öz buraxılma prosesini həyata keçirməlidir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu 33 ildən sonra tarixin arxivinə göndərilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri