Icma.az
close
up
RU
Elvin Camalov: Legioner limitinin ləğvi məndə narahatlıq yaratmır

Elvin Camalov: Legioner limitinin ləğvi məndə narahatlıq yaratmır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Neftçi"nin futbolçusu Elvin Camalov Oxu.Az-ın suallarını cavablandırıb.

30 yaşlı futbolçu legioner limitinin ləğvi və komanda sayının 12-yə yüksəlməsi barədə danışıb. O, "Neftçi" komandası ilə kubok qazanmaq istədiyini və bunun üçün komanda olaraq çox çalışdıqlarını bildirib.

- Siz "Neftçi"yə gələndən sonra komandada uğurlu seriya başladı. Sizcə bundan sonrakı oyunlarda bu seriyanı davam etdirə biləcəksiniz?

- Son oyunlarda yaxşi nəticə qazandığımıza görə çox şadam. Bu, bütün komandanın əməyidir. Əlbəttə, bundan sonraki oyunlarda da əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələrlə azarkeşlərimizi sevindirək. İstər məşqlərdə, istərsə də oyunlarda bunun üçün çalışırıq.

- Mövsümün əvvəlində daha zəif "Neftçi" var idi, indi isə artıq toparlanmış və əvvəlki vəziyyətinə qayıtmağa başlayan bir komanda var, bunu nə ilə əsaslandırmaq olar?

- Düzü mövsümün əvvəlində komandada olmadığım üçün bu barədə konkret nəsə deməkdə çətinlik çəkirəm. İndi deyə bilərəm ki, komandada hər birimiz bunun üçün çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda da buna nail olacağıq.

- Legioner Limitinin ləğvi sizdə hansısa bir narahatlıq yaradır?

- Mən futbolçuyam. Mənim işim meydanda start heyətdə yer almaq üçün həftə ərzində məşqlərdə var gücümlə mübarizə aparım. Fərqi yoxdur əsas heyətdə yerli və ya əcnəbi futbolçu ilə mübarizə aparıram. Ona görə bu baxımdan şəxsən məndə heç bir narahatlıq yoxdur. Hazır olsam əminəm ki, şans qazanacağam.

- Yeni mövsümdən etibarən komanda sayı 12-yə yüksələcək, bu qərara münasibətiniz necədir?

- Çempionatda komanda sayının artması əlbəttə ki sevindirici məqamdır. Misli Premyer Liqası daha geniş kütləni əhatə etmiş olacaq. Çempionata maraq daha da artacaq. Bunun ancaq müsbət təsiri olacağını düşünürəm.

- Samir Abasov daha öncəki müsahibəsində əsas hədəf kimi Azərbaycan Kubokunun qalibi olmağı göstərmişdi. Siz bu barədə nə düşünürsünüz? "Neftçi" Azərbaycan Kubokunun qalibi olub Avrokuboklara vəsiqə əldə edə bilərmi?

- Komandanın hər bir üzvü uğurlu nəticə üçün çalışır. Bunun üçün də istər məşqlərdə, istərsə də oyunlarda var qüvvəmizlə mübarizə aparırıq. Əlbəttə bu yolda bizi gərgin mübarizə gözlədiyini bilirik. Hər birimiz buna hazırıq. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi yaxşı nəticələrlə sevindirək.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri