Elvin Quliyev: “Təcrübəsizlik öz sözünü dedi, səhvlərimizi düzəldəcəyik”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“İlk hissədə hər şey plan üzrə gedirdi. İkinci hissədə isə texniki səhvlər buraxmağa başladıq və rəqib bunu bizə bağışlamadı”.
İdman.Biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev DÇ-2028-in seçmə mərhələsində Çexiya ilə keçirilən oyundan (2:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandasının çıxışını dəyərləndirərək səhvlərin əsas səbəblərindən birinin təcrübəsizlik olduğunu bildirib:
“Çox sağ olun ki, dəstək üçün Lənkərana gəlmisiniz. Oyunun əvvəlində, ilk hissədə hər şey plan üzrə gedirdi. İkinci hissədə isə texniki səhvlər buraxmağa başladıq və rəqib bunu bizə bağışlamadı. Sonda risk etməli olduq və hesabı bərabərləşdirdik.
Təcrübəsizlik də öz sözünü dedi. Zamanla səhvləri düzəldəcəyik. Rəqibə standart vəziyyətdən şans vermək istəmirdik, amma bəzən hər şey plan üzrə getmir.
Biz istəyirik ki, gənclərə yer verək, inkişaf edək. Gənclər belə oyunlarda bişərək oynamağı öyrənməlidirlər. Başqa yolumuz yoxdur”.
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin hər iki qolunu Kənan Manafov vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Noyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















