Icma.az
close
up
RU
Elvin uğurlu legioner həyatının biraddımlığındadı... “Qarabağ”da vaxt itirmək olmaz!

Elvin uğurlu legioner həyatının biraddımlığındadı... “Qarabağ”da vaxt itirmək olmaz!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Məlum olduğu kimi, ölkəmizdə 2025-ci ilin ən yaxşı futbolçusu “Qarabağ”ın formasını geyən Elvin Cəfərquliyevdi. O, bu ada “Futbol+”in 27-ci dəfə keçirdiyi ümummilli sorğu nəticəsində layiq görüldü. Bu mövzuda mübahisə etməyin tərəfdarı deyilik. Hər halda, o, ən yaxın izləyicisi, komanda yoldaşı Bəhlul Mustafazadəni 96 səs qabaqladı.

Heç şübhəsiz, qalib indi gələcəyini düşünməyə məcburdu. Azı ona görə ki, legioner həyatı yaşamaq vaxtı çatıb! Onun həm “Qarabağ”da, həm də milli komandada göstərdiyi performansla xarici klubların diqqət mərkəzinə düşdüyü bəllidi. Bəli, Elvin əvvəl də əcnəbi komandalardan təklif alıb və müxtəlif səbəblərdən transfer mümkün olmayıb. Ancaq indi tam zamanıdı! Niyə? Birincisi, artıq 25 yaşı var. Ölkəmizin adını layiqincə təmsil edə biləcək formadadı. Üstəlik, psixoloji baxımdan daha arxayın, inamlı görünən oyunçu əsəblərini cilovlamağın yollarını da öyrənib. Öz aramızdı, başqa nə çatışmazlığı var idi ki?!
Uzun müddətdi mətbuatda futbolçunun A seriyası klublarının birindən təklif aldığı iddia olunur. Elə Elvin özü də dəfələrlə legioner həyatı yaşamaq arzusunda olduğunu bildirib. İndi bu istək üçün hansısa maneə qalmayıb. Hə, “Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa yaxındı. Bu gerçəkləşsə, Elvinin də bazar dəyəri artacaq. Üstəlik, onun qarşıdakı görüşlərdə göstərəcəyi oyun daha iddialı klubların marağını çəkə bilər. Bəlkə məhz bu səbəbdən yaya qədər gözləmək yanlış qərar olmaz. Lakin bir reallıq var. Elvin “Qarabağ”ı nə qədər tez tərk etsə, fərqli ölkəyə, komandaya öyrəşmək üçün o qədər çox vaxtı olacaq. Hələ onu demirik ki, “Qarabağ” futbolçuyla müqavilənin müddətini daha 3 il uzatmaqla satışdan gələn qazancını artıracaq.
Həqiqətən belə fürsəti boşa vermək olmaz. İndi “tələsən təndirə düşər” demək yox, “bugünün işini sabaha saxlama” demək daha məqsədəuyğundu.
Haydi, Elvin, gecikmə. Uğurlu legioner həyatı sənə “gəl-gəl” deyir!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Yanvar 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri