“Qarabağ”da Elvin Cəfərquliyevdən sevindirici xəbər VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın və Azərbaycan millisinin zədəli futbolçusu Elvin Cəfərquliyevin bərpa prosesində müsbət irəliləyiş qeydə alınıb.
İdman.Biz xəbər verir ki, müdafiəçi fərdi fiziki məşqlərə başlayıb. Futbolçu bununla bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdə onun ayağındakı əməliyyat izi də diqqət çəkib.
Cəfərquliyev sentyabrın əvvəlində ayağından aldığı ciddi zədə səbəbindən Finlandiyada əməliyyat olunub. Həmin vaxt “Qarabağ”ın rəsmi açıqlamasında onun ən azı üç ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.
Ağdam klubunun mətbuat xidmətindən İdman.Biz-ə verilən məlumata görə, Elvin Cəfərquliyev, Dieqo Rosa və İsmael Toafek hazırda müalicə-bərpa prosesi keçirlər. Hər üç futbolçunun oktyabrın 17-də “Neftçi”yə qarşı keçiriləcək Misli Premyer Liqasının səkkizinci turunun oyununda iştirak etməyəcəyi təsdiqlənib.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Oktyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















