Icma.az
close
up
RU
Elxan Şirinov kimdir? Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi

Elxan Şirinov kimdir? Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lent.az “Bioqrafiya” rubrikasında müğənni Elxan Şirinov barədə məlumat verir.

- Elxan Şirinov harada və nə zaman anadan olub?

Elxan Şirinov 1 sentyabr 1963-cü ildə İmişlidə anadan olub.

- Elxan Şirinov harada ali təhsil alıb?

Elxan Şirinov Azərbaycan Dövlət Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi ixtisası üzrə təhsil alıb. Filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və amerikaşünasdır.

- Elxan Şirinov nə zamandan musiqi karyerasına başlayıb?

1990-cı illərdə lirik mahnılarla efirə çıxan Elxan müəllim tez populyarlaşdı və sevildi.

- Elxan Şirinov özünü müəllim yoxsa müğənni hesab edir?

“Çox vaxt mənə müğənni deyəndə acığıma gəlir. Baxmayaraq ki, mənə doğma olan, məni həyatda yaşadan musiqidir. Musiqi ilk gündən mənim varlığımda var. Amma ikinci qazandığım müəllimlik peşəsini də çox sevirəm” deyə o bir müsahibəsində bildirib.

- Elxan Şirinov ən çox hansı ifasını sevir?

Bu suala belə cavab verib:  “Bilsəydim, indiyə qədər 100-150 mahnı yazmazdım. Yəni lentə aldırmazdım. Bir ildən bir, bir-iki mahnı oxuyardım. O da sadəcə mənim təbiətimdən, xasiyyətimdən irəli gəlib. Kimlərisə qırmaq, geri qaytarmaq istəməmişəm və həmin mahnıları oxumuşam. Amma yaradıcılıq şəxsi münasibətləri sevmir. - "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" mahnısı ruhuma daha yaxın oldu. Xüsusilə axırıncı mahnının sözləri mənə çox təsir edir. 2006-2008-ci illər arası gözləyirdim ki, görəsən əməliyyatımın nəticəsi necə olacaq? O da 2008-ci ildə həyata keçdi və çox şükür, nəticələr yaxşı oldu. Bu axırıncı oxuduğum mahnını bəlkə də o iki ilə həsr etdim. Yəni o iki ildə çox tək oldum...”.

- Elxan Şirinovun xəstəliyi nədir?

Elxan Şirinov yaradıcılığının ən məhsuldar dövründə ağır xəstəlikdən əziyyət çəkir, bir müddət efirlərdə görsənmir. Onun haqqında müxtəlif şayiələr dolaşır. Kimisi onun infarkt, kimisi insult keçirdiyini deyir. Uzun zamandan sonra müğənni yenidən efirlərdə görünməyə başlayır. Amma bu dəfə tamaşaçılar onun sağ tərəfinin hərəkətsiz olduğunu sezirlər. Uzun müddət xəstəliyi barədə susan müğənni nəhayət müsahibələrinin birində bu haqda deyir:
“Hər şeydə özüm günahkaram. Mənim elə sağ tərəfim zəifdir. Beyindən əməliyyat olundum. Orda üzüm buğumu artıq damarlar vardı, onlar ləğv olunmalı idi. İki hissədən ibarət əməliyyat idi. Biri 1997-ci ildə oldu, 1999-cu ildə qurtardı. O biri əməliyyatım isə 2006-cı ildə başlayıb, 2008-ci ildə bitdi. Moskvadan tam hesabat verdilər ki, mən tam sağlam insanam. Bu əməliyyatların fəsadı sağ tərəfimin zəifliyi ilə nəticələndi. Həkim dedi ki, sən özün sağ tərəfini qurban verdin. Mən ömür boyu qorxu ilə yaşaya bilməzdim. Əməliyyat olunmalıydım ki, sağlam yaşaya bilim”.
O iki dəfə beyin əməliyyatı keçirdiyi üçün sağ tərəfi hərəkətsiz qalıb.

- Elxan Şirinovun mahnıları nakam sevgiyə həsr olunub. Həyatda sonu ayrılıqla bitən bir sevgi yaşayıb?

Xeyr. Özü dediyi kimi hər şey qaydasında olub. 

- Elxan Şirinov toylara gedir?

Elxan Şirinov toy məclislərində, el şənliklərində müğənni kimi çıxış etməyi sevməyib. Bu haqda ona sual verəndə belə cavablandırıb: “Bütün uğurum, müvəffəqiyyətim üçün düşmənlərimə borcluyam. Gözəl düşmənlərim var. Yaradıcı insan üçün bu yaxşıdır. Daim yaratmaq, dayanmamaq istəyirəm. Sənətimi də, özümü də, görünüşümü də qısqananlar var. Toylara isə çox getmirəm. Yalnız dost-tanış, qohum-əqrəba toyuna gedirəm”.

- Elxan Şirinov yaxın dostu Cabbar Musayevdən niyə küsüb?

"Maksimalist insanlar xoşu gəlməyəndə üz döndərib, çıxıb gedirlər. O da onlardan biridir. Əgər bir adama sən ürəyini çıxardıb verirsənsə, o, ona sahib çıxmalıdır. Mən elə bilirdim ki, mən xəstələnəndə Cabbar mənim yanımdan əksik olmayacaq. O, nələr etdiyimi çox yaxşı bilir. Özü də etiraf edib. Gərək dost seçəndə hərtərəfli düşünəsən. Cabbar yanımda olmadı” - deyə Elxan Şirinov bildirib.

Müğənni Könül Kərimovanın sözlərinə görə Elxan Şirinov bu məsələ ilə bağlı onunla da küsülüdür:
"Cabbar Musayevlə Elxan Şirinov çox yaxın dost olublar. O, Cabbara görə mənimlə də danışmır. Onlar arasında qalmaqal olanda qarışmadım. Fikirləşdim ki, özləri bilərlər. Amma mən bu gün də Elxan Şirinovu görsəm, salamlaşaram, qucaqlayıb öpərəm. Məndə kin yoxdur. Biz və digər müğənnilər Elxan Şirinovun mahnıları ilə tanınmışıq, onları uzun müddət oxumuşuq. Ən azından o mahnılara görə onunla danışaram".

- Elxan Şirinov ailə qurub?

Bəli. Elxan Şirinov bir dəfə ailə həyatı qurub. Həmin evlilikdən müğənninin bir oğlu dünyaya gəlib. Oğlu iqtisadçıdır.

- Ağır xəstəlikdən əziyyət çəkən Elxan Şirinov maddi dolanışığını necə təmin edir?

O şikayətlənmir. Soruşanlara “Berlin ifadəsi var - "Hamı necə, mən də elə" deyə cavab verir.

- Elxan Şirinovun indi incəsənət adamları arasında dostları var?

Bu suala belə cavab verib: “Yox, ümumi əlaqələr var. Yəni dostluq başqa anlamdır. Artıq uşaq deyilik, deyək ki bu mənim dostumdur, hər şeyimdir. Artıq dostluğa alman fəlsəfəsi nəzərindən baxırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri