Icma.az
close
up
RU
Elxan Şirinov kimdir? Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi

Elxan Şirinov kimdir? Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli.Az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında müğənni Elxan Şirinov barədə məlumat verir.

- Elxan Şirinov harada və nə zaman anadan olub?

Elxan Şirinov 1 sentyabr 1963-cü ildə İmişlidə anadan olub.

- Elxan Şirinov harada ali təhsil alıb?

Elxan Şirinov Azərbaycan Dövlət Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi ixtisası üzrə təhsil alıb. Filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və amerikaşünasdır.

- Elxan Şirinov nə zamandan musiqi karyerasına başlayıb?

1990-cı illərdə lirik mahnılarla efirə çıxan Elxan müəllim tez populyarlaşdı və sevildi.

- Elxan Şirinov özünü müəllim yoxsa müğənni hesab edir?

"Çox vaxt mənə müğənni deyəndə acığıma gəlir. Baxmayaraq ki, mənə doğma olan, məni həyatda yaşadan musiqidir. Musiqi ilk gündən mənim varlığımda var. Amma ikinci qazandığım müəllimlik peşəsini də çox sevirəm" deyə o bir müsahibəsində bildirib.

- Elxan Şirinov ən çox hansı ifasını sevir?

Bu suala belə cavab verib:  "Bilsəydim, indiyə qədər 100-150 mahnı yazmazdım. Yəni lentə aldırmazdım. Bir ildən bir, bir-iki mahnı oxuyardım. O da sadəcə mənim təbiətimdən, xasiyyətimdən irəli gəlib. Kimlərisə qırmaq, geri qaytarmaq istəməmişəm və həmin mahnıları oxumuşam. Amma yaradıcılıq şəxsi münasibətləri sevmir. - "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" mahnısı ruhuma daha yaxın oldu. Xüsusilə axırıncı mahnının sözləri mənə çox təsir edir. 2006-2008-ci illər arası gözləyirdim ki, görəsən əməliyyatımın nəticəsi necə olacaq? O da 2008-ci ildə həyata keçdi və çox şükür, nəticələr yaxşı oldu. Bu axırıncı oxuduğum mahnını bəlkə də o iki ilə həsr etdim. Yəni o iki ildə çox tək oldum...".

- Elxan Şirinovun xəstəliyi nədir?

Elxan Şirinov yaradıcılığının ən məhsuldar dövründə ağır xəstəlikdən əziyyət çəkir, bir müddət efirlərdə görsənmir. Onun haqqında müxtəlif şayiələr dolaşır. Kimisi onun infarkt, kimisi insult keçirdiyini deyir. Uzun zamandan sonra müğənni yenidən efirlərdə görünməyə başlayır. Amma bu dəfə tamaşaçılar onun sağ tərəfinin hərəkətsiz olduğunu sezirlər. Uzun müddət xəstəliyi barədə susan müğənni nəhayət müsahibələrinin birində bu haqda deyir:
"Hər şeydə özüm günahkaram. Mənim elə sağ tərəfim zəifdir. Beyindən əməliyyat olundum. Orda üzüm buğumu artıq damarlar vardı, onlar ləğv olunmalı idi. İki hissədən ibarət əməliyyat idi. Biri 1997-ci ildə oldu, 1999-cu ildə qurtardı. O biri əməliyyatım isə 2006-cı ildə başlayıb, 2008-ci ildə bitdi. Moskvadan tam hesabat verdilər ki, mən tam sağlam insanam. Bu əməliyyatların fəsadı sağ tərəfimin zəifliyi ilə nəticələndi. Həkim dedi ki, sən özün sağ tərəfini qurban verdin. Mən ömür boyu qorxu ilə yaşaya bilməzdim. Əməliyyat olunmalıydım ki, sağlam yaşaya bilim".
O iki dəfə beyin əməliyyatı keçirdiyi üçün sağ tərəfi hərəkətsiz qalıb.

- Elxan Şirinovun mahnıları nakam sevgiyə həsr olunub. Həyatda sonu ayrılıqla bitən bir sevgi yaşayıb?

Xeyr. Özü dediyi kimi hər şey qaydasında olub. 

- Elxan Şirinov toylara gedir?

Elxan Şirinov toy məclislərində, el şənliklərində müğənni kimi çıxış etməyi sevməyib. Bu haqda ona sual verəndə belə cavablandırıb: "Bütün uğurum, müvəffəqiyyətim üçün düşmənlərimə borcluyam. Gözəl düşmənlərim var. Yaradıcı insan üçün bu yaxşıdır. Daim yaratmaq, dayanmamaq istəyirəm. Sənətimi də, özümü də, görünüşümü də qısqananlar var. Toylara isə çox getmirəm. Yalnız dost-tanış, qohum-əqrəba toyuna gedirəm".

- Elxan Şirinov yaxın dostu Cabbar Musayevdən niyə küsüb?

"Maksimalist insanlar xoşu gəlməyəndə üz döndərib, çıxıb gedirlər. O da onlardan biridir. Əgər bir adama sən ürəyini çıxardıb verirsənsə, o, ona sahib çıxmalıdır. Mən elə bilirdim ki, mən xəstələnəndə Cabbar mənim yanımdan əksik olmayacaq. O, nələr etdiyimi çox yaxşı bilir. Özü də etiraf edib. Gərək dost seçəndə hərtərəfli düşünəsən. Cabbar yanımda olmadı" - deyə Elxan Şirinov bildirib.

Müğənni Könül Kərimovanın sözlərinə görə Elxan Şirinov bu məsələ ilə bağlı onunla da küsülüdür:
"Cabbar Musayevlə Elxan Şirinov çox yaxın dost olublar. O, Cabbara görə mənimlə də danışmır. Onlar arasında qalmaqal olanda qarışmadım. Fikirləşdim ki, özləri bilərlər. Amma mən bu gün də Elxan Şirinovu görsəm, salamlaşaram, qucaqlayıb öpərəm. Məndə kin yoxdur. Biz və digər müğənnilər Elxan Şirinovun mahnıları ilə tanınmışıq, onları uzun müddət oxumuşuq. Ən azından o mahnılara görə onunla danışaram".

- Elxan Şirinov ailə qurub?

Bəli. Elxan Şirinov bir dəfə ailə həyatı qurub. Həmin evlilikdən müğənninin bir oğlu dünyaya gəlib. Oğlu iqtisadçıdır.

- Ağır xəstəlikdən əziyyət çəkən Elxan Şirinov maddi dolanışığını necə təmin edir?

O şikayətlənmir. Soruşanlara "Berlin ifadəsi var - "Hamı necə, mən də elə" deyə cavab verir.

- Elxan Şirinovun indi incəsənət adamları arasında dostları var?

Bu suala belə cavab verib: "Yox, ümumi əlaqələr var. Yəni dostluq başqa anlamdır. Artıq uşaq deyilik, deyək ki bu mənim dostumdur, hər şeyimdir. Artıq dostluğa alman fəlsəfəsi nəzərindən baxırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 06:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see153

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see114

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see114

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri