Icma.az
close
up
RU
Əlyazmalar İnstitutunda AMEAnın 80 illiyinə həsr olunmuş konfrans keçirilib AZƏRTAC

Əlyazmalar İnstitutunda AMEAnın 80 illiyinə həsr olunmuş konfrans keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80 illiyinə həsr olunmuş “Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Əlyazmalar İnstitutunda keçirilən konfransın plenar iclasında müəssisənin direktoru akademik Teymur Kərimli AMEA-nın elmi ənənələrin qorunub saxlanılması, yeniləşmə proseslərinin daha da genişləndirilməsi, elmin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs edib. Gənclərimizin cəmiyyətdə fəallığını və idarəetmədə rolunu xüsusilə vurğulayan alim çıxışında dahi Nizami Gəncəvinin milli təəssübkeşlik, vətənpərvərlik və mənəvi-əxlaqi dəyərləri özündə əks etdirən əsərlərindən nümunələr gətirərək ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq bir nəslin formalaşdığını qeyd edib. T.Kərimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş bu konfransın məhz gənclər tərəfindən keçirilməsini təqdir edib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev və sədr müavini Şəfa Əliyeva çıxışlarında il ərzində ölkənin bir sıra aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə təşkil etdikləri konfranslar, simpoziumlar və maarifləndirici seminarlardan söz açıblar.

Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında respublika əhəmiyyətli tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından xüsusi mahiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Konfransda Əlyazmalar İnstitutunun şöbə müdiri Sevinc Həzrətquliyevanın “Banu-Hilal” dastanını əhatə edən dövrdə Ərəbistan yarımadasındakı qadınların vəziyyəti” və AMEA Rəyasət Heyəti aparatının baş mütəxəssisi Zeynəb Həcəmovanın “İdarəetmədə sosial qavrayış və anlamanın ictimai münasibətlərin genezisi kimi sosial-psixoloji təhlili” mövzularında məruzələri dinlənilib.

Daha sonra konfrans bölmə iclasları ilə davam edib.

Tədbir çərçivəsində iştirakçılar institutun fondunda mühafizə olunan əlyazma nümunələri, Ekspozisiya zalı, Əlyazmaların gigiyena və bərpası laboratoriyası ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri