Icma.az
close
up
RU
Əlyazmalar İnstitutunda Gənclər Günü qeyd olunub

Əlyazmalar İnstitutunda Gənclər Günü qeyd olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 yanvar, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Prezident İlham Əliyev gənc yaşlarından başlayaraq indiyədək uğurla davam etdirir. Ölkə rəhbərinin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara elmi və ictimai fəaliyyətlərində dəstək olduğunu vurğulayan alim çıxışında gənc nəslin təlim-tərbiyəsi, onlara düzgün yol göstərilməsi məsələlərinə xüsusi həssaslıq və ehtiyatla yanaşmanın tərəfdarı olduğunu söyləyib.

Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında bu əlamətdar günün Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. İnstitut rəhbərliyinin gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən sədr gənclərin də hər zaman bu etimadı doğrultduğunu, işlədiyi müəssisənin gənc kadrları ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının katibi, Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Nərgiz Mustafazadənin “Əlyazmalar İnstitutu və müasir gənclik”, Biblioqrafiya şöbəsinin baş mütəxəssisi Gülnarə Ağayevanın “Müasir gəncliyin məsuliyyəti: Keçmişin dəyərlərini qoruyaraq gələcəyi qurmaq”, Əlyazmaların elektron resurslar şöbəsinin mütəxəssisi Səbinə Paşayevanın “Azərbaycan gənclərinin təhsil və karyera problemi” və Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin baş mütəxəssisi Arzu Abdulzadənin “Gənclər günü – Gələcəyin işığı” adlı məruzələri dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri