Icma.az
close
up
RU
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib

Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və elmi müəssisənin YAP təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini dosent Əkrəm Bağırov Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan, eləcə də onun uzaqgörən siyasətinin verdiyi töhfələrdən söz açıb. Bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir siması olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi ölkənin inkişafı və xalqımızın taleyində əvəzolunmaz rol oynamış tarixi şəxsiyyətdir.

Sonra institutun elmi katibi dosent Aynur Hacıqədirli “Azərbaycanın xilaskarı - Heydər Əliyev”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri dosent Lamiyə Rəhimova “Heydər Əliyev və klassik əlyazma irsimiz”, həmin şöbənin elmi işçisi Jalə Rüstəmova “Ulu Öndər Heydər Əliyev və Cavad Heyət”, Sənədlər üzrə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzularında məruzə ediblər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi qayğıdan, Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə yüksəldən dövlətçilik siyasətindən, xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən söz açıblar.

Tədbir çərçivəsində Əlyazmalar İnstitutunun akt zalında Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən geniş kitab sərgisi nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri