Icma.az
close
up
RU
Elza Seyidcahan: Cabir mənə başqa cür doğma insan idi

Elza Seyidcahan: Cabir mənə başqa cür doğma insan idi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mən çox pis olmuşam. Cabir mənə başqa cür doğma insan idi".

Oxu.Az xəbər verir ki, bu sözləri Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında bəstəkar Elza Seyidcahan deyib.

O bildirib ki, Cabir İmanov bir evdən yox, eldən gedən sənətkardır.

"O, dahi bəstəkarımızın yadigarı idi, Süleyman Ələsgərov bizim müəllimimiz olmuşdu. Cabir həm evdən, həm eldən getdi. ŞHK (KVN) komandasının, demək olar ki, dirəyi - ssenaristi idi. Allah Tahir müəllimə və onun komandasına, dostlarına səbir versin. Mən Cabirlə çalışmamışam bu qədər üzülürəm, gör, onun dostları necə yanıb-tökülürlər?!"

Bəstəkar qeyd edib ki, Cabir İmanovla əsasən tədbirlərdə görüşürdülər, bir gün öncə isə oğlu ilə Cabir İmanov toyda olublar:

"Toyun sonuna qədər gümrah, ağayana rəqs edib. Gör necə xoşbəxt adamdır ki, dünyasını dəyişməzdən öncə həyat yoldaşı ilə qol götürüb oynayıb, xoş xatirə qoyub. Təvazökar, dərin musiqi duyumu olan insan idi. O cür mötəbər yerdə çalışırdı, rəhbər idi, amma necə sadə insan idi. Onun haqqında danışanlar deyirdilər ki, çox məsuliyyətli, dəqiq adam olub. İncəsənətimiz böyük itki verdi. Kişilik məktəbi itirdi. Kişi kimi kişi idi. Başımız sağ olsun. Allah ailəsinə səbir versin".

Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri