Icma.az
close
up
RU
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nə baş verir?

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nə baş verir?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıxanovda yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq uzun müddətdir ki, idarəçilik boşluğu ilə üzləşib. Mərkəzin keçmiş direktoru Mətləb Hüseynov və əlaltıları tərəfindən təhsil ocağı çapılıb talan edilib, iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. Lakin bu araşdırma iki ilə yaxındır davam edir, nəticəsi isə hələ gözlənilir.

Bu səbəbdən Mərkəz hal-hazırda direktorsuz qalmaqda davam edir. Qanuna görə, məhkəmə prosesi bitmədən təhsil müəssisəsinə direktor təyin edilə bilməz. Lakin 2025-ci ilin yanvar ayında, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi – yəqin ki, Ceyhun Kərəmov və Əlağa Kərimov – qanun və müsabiqə prosesini əsassız sayaraq Əlağa Kərimovu direktor əvəzi vəzifəsinə təyin edib.

Bu təyinat qanunsuz və anormaldır. 2025-ci ilin yanvar ayında keçiriləcək müsabiqədə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor və müavin postları vakansiya kimi çıxarılmayıb, yəni bu təyinat heç bir rəsmi hüquqi prosedur olmadan həyata keçirilib.

Tehsilmedia.az bildirir ki, Əlağa Kərimov isə əvvəllər yalnız Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri vəzifəsində çalışıb. Bu vəzifə imzansız, imtahansız və direktor əmri ilə təyin olunur, rəhbərlik funksiyası yoxdur. Yəni, heç bir rəhbərlik təcrübəsi olmayan Kərimov, ölkənin ən böyük Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin edilib.

Bu təyinatın ardınca, mərkəzdə qanunsuzluqlar, cinayət xarakterli halların gizlədilməsi və müəllimlərin hədə qorxu ilə idarə olunması baş verib. Simnar Məmmədov və Füzuli Talıbovun dəstəyi ilə Əlağa Kərimov, mərkəzin fəaliyyətinə nəzarət edən ən böyük şəxslərdən biri kimi çıxış edir.

Mərkəzdəki real faktlar açıqdır:

Qənnadçı şirniyyatçı ITU-nun gəlini Babaşova Cəmalə, həmən məktəbdə tələbə ola-ola Əlağa onu məktəbdən çıxarıb müəllim köməkçisi kimi işə götürmüşdür.

Şaiq Abdullayev 60 il əvvəlki təhsilinə baxmayaraq, Neft-Qaz operatoru və Elektrik-Qaz qaynağı qrup rəhbəri olaraq vəzifələndirilib.

Könül Nəzərova həm kimyəvi analiz üzrə ITU, həm də kadr şöbəsinin işlərinə məsul tutulub və hər iki işdən maaş alır.

Elşən Məmmədov korpus rəhbəri kimi qanunsuz olaraq bütün müəllim və tələbələrdən pul yığır.

Bu halların ardınca mərkəzdə imtahansız direktor təyinatı və hüquqi boşluq ciddi narazılıq yaradıb. Peşə təhsili sistemi imzansız, qanunsuz təyinatlarla zədələnir, müəllim və tələbələr hüquqlarını itirir.

Nəticə: Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq qanun və etik prinsiplərdən kənar bir idarəçilik modeli ilə işləyir. İmtahansız, təcrübəsiz və kadr dəstəyi ilə təyinatlar, təhsil ocağında xaos və hüquqi boşluq yaradır.

Tehsil.media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri