Icma.az
close
up
RU
Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr Zəfər Günü qeyd olunub

Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr Zəfər Günü qeyd olunub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi yerə malik olan, xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və qəhrəman Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirən qürur günüdür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur. Bu tarixi hadisə Azərbaycan xalqının azadlıq, ədalət və milli qürur hissi uğrunda apardığı mübarizənin möhtəşəm təntənəsi olmuşdur. 

Noyabrın 7-də Zəfər Günü münasibətlə Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) təntənəli mərasim keçirilib. Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Fondun İcraçı direktorunun müavini Bəhruz Qayıbov çıxışında Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna yeri və əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın illərlə arzuladığı ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən möhtəşəm Qələbə günüdür. O, bu tarixi Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb. 

Bəhruz Qayıbov əlavə edib ki, bu qələbə yalnız hərbi deyil, həm də mənəvi-siyasi Zəfərdir. 8 Noyabr xalqımızın birlik, iradə və milli həmrəyliyinin simvolu, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. İcraçı direktorun müavini bildirmişdir ki, bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır. O, çıxışının sonunda Vətən müharibəsində iştirak edən Fond əməkdaşlarına və bütün qazilərimizə dərin minnətdarlığını ifadə edib, şəhidlərimizin əziz xatirəsini xalqımızın daim uca tutacağına əminliyini bildirib.

Sonra Vətən müharibəsində iştirak edən Fond əməkdaşları öz döyüş xatirələrini bölüşüblər. Onlar torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan Ordusunun sücaətindən danışaraq, dövlətimizin qazilərə və müharibə iştirakçılarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğının yüksək dəyərləndirdiklərini bildiriblər.

Sonda Fondun rəhbərliyi müharibə iştirakçısı olan əməkdaşları xüsusi hədiyyələrlə təltif edib və onların göstərdiyi şücaətiə görə, kollektivi adından dərin minnətdarlığını bildirib.

Əmanətlərin Sığortalanması Fondu bu əlamətdar gündə bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayır. 

Zəfər bizimlədir!

Qarabağ Azərbaycandır!

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri