Icma.az
close
up
RU
Əmanətlərin Sığortalanması Fondu Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyətini qəbul edib

Əmanətlərin Sığortalanması Fondu Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyətini qəbul edib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin 25-26 noyabr tarixlərində Türkiyə Respublikası Tasarruf Mevduatı Sıgorta Fonunun nümayəndə heyəti fondun rəhbəri Fatin Rüştü Karakaş, fond rəhbərinin müavini və “YAZ Bilgi Sistemleri” İdarə Heyətinin sədri Melek Küreeminoğlu, “YAZ Bilgi Sistemleri”nin baş direktoru Fatih Hastürk və biznesin inkişafı üzrə meneceri Gökberk Yılmazdan ibarət tərkibdə ölkəmizdə rəsmi işgüzar səfərdə olublar.

Bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

Məlumata görə, işgüzar səfərin əsas məqsədi ƏSF ilə rəsmi görüşün keçirilməsi, təcrübə mübadiləsi və hər iki təşkilatı maraqlandıran məsələlərin müzakirəsi olub.

Belə ki, səfərin ilk günü ƏSF əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan qonaq nümayəndə heyəti ilə birlikdə Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Bakıdakı “Türk Şəhidliyi” abidəsinə ziyarət təşkil edilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən təşkil edilmiş şam yeməyi baş tutub.

Səfərin ikinci günü ƏSF və TMSF arasında geniş tərkibdə rəsmi görüş keçirilib. Görüş ƏSF-nin icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlanıb, daha sonra Fondun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru tərəfindən Fond barədə ümumi məlumatı əks etdirən, Maliyyə Departamentinin direktoru Vüqar Aslanzadə tərəfindən Fondun maliyyə vəziyyəti barədə, Hüquq Departamentinin direktoru Azər Əmirov tərəfindən hüquqi məsələlərlə bağlı, İT və təhlükəsizlik departamentinin direktoru Emil Quliyev tərəfindən Fondun fəaliyyətində informasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı təqdimatlarla, habelə qarşılıqlı müzakirələr və məlumat mübadilələri ilə davam edib.

Görüşün gedişatında TMSF rəhbəri Fatin Rüştü Karakaş tərəfindən Türkiyə Respublikasında əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətləri haqqında ümumi məlumatları əhatə edən təqdimat edilib.

Eyni zamanda ƏSF-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları ilə “YAZ Bilgi Sistemleri” şirkətinin nümayəndələri arasında həmin şirkətin təklif etdiyi xidmətlər, məhsullar və TMSF-də tətbiq edilən informasiya texnologiyaları həlləri barədə təqdimatları və məlumat mübadiləsini əhatə edən ayrıca görüş keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Dekabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri