İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Azərbaycanda yanvar-avqust ayları ərzində işdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki işlərinə bərpa etdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517 min 139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:İşdən qanunsuz çıxarılmış 44 nəfər əvvəlki işlərinə bərpa etdirildi
07 Aprel 2026 17:19
İşdən qanunsuz çıxarılmış 69 nəfər əvvəlki işlərinə bərpa etdirilib
09 Oktyabr 2026 11:49
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
05 İyun 2026 12:26
Bu il işdən qanunsuz çıxarılmış 71 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
24 Dekabr 2025 14:44
Son 7 ayda işdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib
20 Avqust 2026 11:07
Baxış sayı:143
Bu xəbər 07 Sentyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















