Əmək bazarında ən qazanclı peşələr hansılardır?
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İxtisas seçimi zamanı onun tələbatlılığı, gəlirli olması əhəmiyyətli məsələlərdəndir. Günümüzdə gənclərin bir çoxu bu məqama xüsusi diqqət yetirirlər, əmək bazarını araşdırırlar. Lakin bəziləri isə sırf sevdikləri peşələrə can atırlar.
Bəs hazırda ən qazanclı ixtisaslar hansılar hesab edilir?
Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında deyib ki, xeyli sayda ixtisasları nümunə göstərmək olar:
“İT, bu sahə üzrə yeni yaranan ixtisaslar – proqram təminat mütəxəssisliyi, süni intellekt sahəsi üzrə, kompüter elmləri, o cümlədən, rəqəmsal ekspertiza, marketinqi müşahidə edə bilərik. Həmçinin, maliyyə, iqtisadiyyat sferaları, hərbi hüquq, pedaqoji istiqamətli ixtisaslar, tərcümə : buraya Koreya, Çin, Yapon daxildir. Tibb üzrə - stomatologiya, tibb bacısı, biotexnologiya və psixologiya ixtisaslarını müşahidə edirik”.
Lakin yüksək tələbatlı və gəlirli peşə seçimi nə qədər vacib amildirsə, insanın özünə uyğun gördüyü, sevdiyi ixtisasa yiyələnməsi də gərəklidir.

Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















