Icma.az
close
up
RU
Əmək bazarında ən çox tələbat olan ixtisaslar hansılardır?

Əmək bazarında ən çox tələbat olan ixtisaslar hansılardır?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Monitorinqlər göstərir ki, son dövrlər əmək bazarında həm informasiya texnologiyaları ilə bağlı, həm də iqtisadiyyatın daha innovativ sahələri üzrə iqtisadçılara tələbat yaranıb. Bir tərəfdən informasiya texnologiyaları, eləcə də təbii ki, mühəndislik və o cümlədən süni intellekt üzrə mütəxəssislərə olan tələbatın artması müşahidə olunur.

Bu sözləri Trend-in sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ənənəvi olaraq, iqtisadi profildə maliyyəçilərə əmək bazarında tələbatın artması müşahidə olunur.

"Bu isə, təbii ki, iqtisadiyyatın genişlənməsi fonunda baş verir. Eləcə də, təbii ki, tibb və mühəndislik ixtisasları ənənəvi olaraq hər zaman əmək bazarında tələb olunan sahələrdir. Lakin əmək bazarının strukturu hazırda daha innovativ ixtisaslara tələbat yaradır. Xüsusən də informasiya texnologiyaları, süni intellekt, o cümlədən robot texnologiyaları ilə bağlı sahələrə.

Aparılan müşahidələr göstərir ki, hələlik əmək bazarı ilə ali təhsil müəssisələri arasında bu istiqamətdə birbaşa əlaqələr formalaşmayıb. Yəni bu gün əmək bazarı, ali təhsil müəssisələrindən tələb olunan ixtisaslara uyğun kadrların hazırlanmasında müəyyən çətinliklərlə üzləşir".

"Bu baxımdan təbii ki, xüsusən də ixtisas seçimində, ixtisas planlaşdırmasında əmək bazarındakı dəyişikliklərin nəzərə alınması çox vacibdir. Çünki əmək bazarındakı dəyişikliklər nəzərə alınmadan ixtisasların seçilməsi və hətta ali məktəblərdə ixtisaslar üzrə qəbulun həyata keçirilməsi bir sıra hallarda həmin ixtisaslar üzrə universiteti bitirən gənclərin, məzunların işlə təminatında problemlərlə, çətinliklərlə üzləşməsinə gətirib çıxarır",- deyə .

Millət vəkilinin sözlərinə görə, əmək bazarının çağırışlarının nəzərə alınması birmənalı şəkildə vacibdir.

"Amma təəssüf ki, hal-hazırda monitorinq və müşahidələr göstərir ki, biz əmək bazarındakı çağırışların ali məktəblərdə ixtisasların müəyyənləşməsində tam olaraq nəzərə alınmasını müşahidə edə bilmirik",- deyə Vüqar Bayramov fikirlərini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri