“Əmək hüquqları və qanunvericilik” mövzusunda maarifləndirici təlim təşkil edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 27 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq müqaviləsi çərçivəsində “Əmək hüquqları və qanunvericilik” mövzusunda maarifləndirici təlim keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi tələbə və gənclərin əmək hüquqları sahəsində məlumatlılığının artırılması, onların əmək münasibətlərində hüquqi biliklərlə təmin olunması və peşəkar əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya olunmalarına dəstək göstərməkdir. Tədbir BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
Təlimdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət və normativ hüquqi aktlarla iş şöbəsinin müdir müavini Günel Baxşiyeva iştirakçılara əmək qanunvericiliyinin əsas prinsipləri, işçi və işəgötürən arasında qarşılıqlı hüquq və vəzifələr, əmək müqavilələrinin bağlanması və ləğv olunması prosedurları, iş şəraiti, sosial müdafiə mexanizmləri və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçılar müzakirələrə qoşularaq, onları maraqlandıran sualları ünvanlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















