Icma.az
close
up
RU
Əlillərin əmək hüquqları gücləndirilir

Əlillərin əmək hüquqları gücləndirilir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Qanun layihəsi sosial ədaləti təmin edir

Ekspert: “Reabilitasiya müəssisələrində işləyən əlillərin hüquqları pozula bilməz”

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda bəzi dəyişikliklər təklif olunur. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin dünənki iclasında müzakirə olunub. Layihəyə əsasən əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi ilə bağlı qaydalar müəyyənləşir.

Beləliklə, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir.

İqtisadçı Anar Bayramov “Şərq”ə bildirib ki, əlillərin əmək hüquqlarının qorunması və onlara əmək şəraitinin yaradılması qanunvericiliklə tənzimlənir. Onlara işlədikləri yerdə qanunla əlavə hüquqlar verilir. Bu, əsasən onların məzuniyyət hüququ, iş vaxtı və digər normalarda hiss olunur: “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri müəyyən edilir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakına və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimlənir”.

Ekspertin sözlərinə görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda təklif olunan dəyişikliklər əmək münasibətlərində əlilliyi olan şəxslərin qorunmasını gücləndirir: “Xüsusilə, reabilitasiya müəssisələrində və digər reabilitasiya subyektlərində müalicə alan şəxslərin əmək müqavilələrinin yalnız müəssisənin ləğv edilməsi və ya işəgötürənin fəaliyyətinin dayandırılması hallarında pozulmasına yol verilməsi, onların sosial və iqtisadi sabitliyinin təmin olunması baxımından əhəmiyyətlidir.

Bu dəyişiklik həm hüquqi, həm də sosial baxımdan əlilliyi olan şəxslərin müdafiəsini gücləndirir, onların əmək bazarında sabitliyini artırır və diskriminasiyanın qarşısını alır. Eyni zamanda işəgötürənlərin də hüquqi öhdəlikləri aydın şəkildə müəyyənləşdirilir, beləliklə, əmək münasibətlərində şəffaflıq və ədalət təmin olunur.

Ümumilikdə, layihə əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyası baxımından müsbət addım hesab edilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri