Icma.az
close
up
RU
Əmək və sosial müdafiə sahəsində görülən işlər və builki hədəflər müzakirə edilib

Əmək və sosial müdafiə sahəsində görülən işlər və builki hədəflər müzakirə edilib

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra edilən 5 sosial islahat paketinin sosial ödənişlərdə ciddi artımlara imkan verdiyini vurğulayıb. Ötən il də növbəti sosial islahat paketi çərçivəsində əməkhaqları, pensiya, müavinət və təqaüdlərdə növbəti artımlar edildiyi bildirilib. Əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərinin davamı olaraq yaxın vaxtlarda 1,1 mln. vətəndaşı əhatə edən pensiyaların təqribən 9 faiz civarında indeksləşdirilərək artırılmasının gözlənildiyi qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında ötən il sosial müdafiə sahəsində görülmüş işlərdən bəhs olunub, habelə son bir ildə muxtar respublikada əvvəlki ilə nisbətən 27 faiz çox olmaqla 6,8 mindən çox şəxsin aktiv məşğulluq proqramları ilə əhatə olunduğu, o cümlədən 950-dək şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd edilib. Naxçıvan Regional DOST Mərkəzinin yaxın vaxtlarda açılacağı, Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Sədərək rayonlarında DOST filiallarının yaradılması üçün əsaslı təmir işlərinin, Şahbuz DOST filalının və Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması üçün layihələndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb. Ötən il Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının fəaliyyətə başladığı, “DOST Müfəttiş” və “Rehabus” layihələrinin muxtar respublikada da həyata keçirildiyi, Naxçıvandakı reabilitasiya mərkəzlərində son bir ildə 1300-dən çox şəxsə stasionar və ambulator şəraitdə reabilitasiya xidmətlərinin göstərildiyi bildirilib.

Ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılmış işlərdən, elektron əmək müqaviləsinə keçid prosesindən bəhs olunub. Son bir ildə 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi və görülən tədbirlərlə bu vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilən 89 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi diqqətə çatdırılıb.

Ötən il 4 minədək tənha ahıl və əlilliyi olan şəxsə evlərində səyyar formada, 2,3 mindən çox şəxsə sosial xidmət müəssisələrində stasionar formada sosial xidmətlər göstərildiyi, 1620 nəfər imtiyazlı şəxsin sanator-kurort yollayışı təmin edildiyi qeyd olunub. Sosial rifahda mühüm amil olan məşğulluğun təminatı proqramlarının ildən-ilə genişləndirildiyi vurğulanıb. Son bir ildə 567 min şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə edildiyi, o cümlədən 189 min şəxsin işlə təmin olunduğu, 16,8 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatlarının yaradıldığı bildirilib.

Keçən il 887 min, ümumən ötən dövrdə 4,1 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən faydalandığı, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb. Son bir ildə 54,5 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 142 min şəxsin reabilitasiya xidmətləri, 13,7 min şəxsin 212 min reabilitasiya vasitəsi ilə təmin edildiyi qeyd olunub.

İclasda qeyd edilən sahələrdə ötən il görülmüş işlər və builki hədəflər müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri