Icma.az
close
up
RU
Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il də uğurla davam etdirildiyini təsdiqləyir.

Bu  barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamları ilə 2018-ci ildən ardıcıl olaraq icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüd artımları da həyata keçirilib. 

Artımların əsasən şamil olunduğu kateqoriyalar da şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır. Bu kateqoriyalara yönələn sosial ödənişlərdə hər bir sosial islahat paketi üzrə artımların edilməsi, son illər həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.

Qeyd edilib ki, müavinət və  təqaüdlərində yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artımla alacaqlar. Ümumilikdə 2018-2025-ci illərdə müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artıb. Həmin dövrdə minimum pensiyada da 3 dəfəyədək, orta aylıq pensiyada 2,6 dəfə artım baş verib. Pensiya ödənişlərinə hər il ayrılan vəsait 2025-ci il üçün 7,2 mlrd. manatı ötüb ki, bu da 2018-ci ilə nisbətən 2 dəfə çoxdur.

İclasda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılması sahəsində görülən işlərdən bəhs olunub. Bu il “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edildiyi qeyd edilib. Ölkəmizdə dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanındığı vurğulanıb. 

Övladlığagötürmə və himayədar ailə institutunun tətbiqi işləri diqqətə çatdırılıb. Bu ilin 5 ayında Nazirlik tərəfindən 62 uşağın övladlığa, 14 uşağın himayədar ailələrə verildiyi qeyd edilib. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanın qadın əməyi ilə bağlı uğurlu islahat təcrübəsi olan üç ölkədən biri kimi təqdim edildiyi, bu sahədə ölkəmizdə son illər aparılan islahatların nümunə kimi göstərildiyi diqqətə çatdırılıb. Əmək və sosial müdafiə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi işlərinin davam etdirildiyi, daha bir sıra ölkələrlə sosial sahə üzrə əməkdaşlıq sənədlərinin layihələrinin hazırlandığı qeyd edilib. 

İclasda məşğulluq siyasəti, sosial təminat, sosial sığorta və pensiya təminatı, övladlığagötürmə, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və onlarla bağlı, habelə əmək münasibətləri üzrə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət qulluğu və kadr məsələləri, hüquqi aktların layihələrinin hazırlanması, strateji planlaşdırma və innovasiyalar, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, daha 24 peşə və kvalifikasiya standartı təsdiq edilib.         

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri