Əməkdar artist: “Cəmi 2 nəfərdən qorxuram”
“Qadın haqlı olsa da, susmalıdır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Nüşabə Ələsgərli Xəzər TV-nin “Qonaqcanlı” verilişində deyib.
O, ərindən bəhs edib:
“Vay o gündən ki, hirslənsin. O zaman susuram. O zaman susmaq lazımdır. Əlbəttə, güzəştə getməyi bacarıram. Qadın güzəştə getməyi bacarmasa işi getməz. Hər zaman sən haqlı olmalı deyilsən. Bəzən qadın haqlı olsa da, arada ağzını qıfıllamalıdır. Yəni sus”.
Aparıcı yazılan rəylərə əsasən bildirib ki, Nüşabə Ələsgərli ərindən qorxmur, ona hörmət etdiyi üçün belə deyir. Müğənni bu fikri təsdiqləyib:
“Təbii ki, hörmət edirəm. Biz hansı zəmanədə yaşayırıq? Nə qorxu? Bizim aramızda böyük hörmət var. Zarafatlarımız da tutur, söhbətlərimiz də, hətta davamız da. Mən bu həyatda 2 nəfərdən qorxuram. Biri oğlumdur, biri də qızım, vəssalam”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin