Əməkdar artist illər sonra keçmiş həyat yoldaşı ilə bir arada Fotolar
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkkül ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa onunla film təqdimatlarından birində qarşılaşıb. Sənətçi birlikdə çəkilən fotolarını yayımlayaraq, bunları yazıb:
"Cavidlə sonuncu şəklimiz səhv etmirəmsə, 2006-cı ildə olmuşdu. 2025-ci il "Spinozanın Tanrısı" bizi bir araya gətirdi. Əsl peşəkarlar düşmən olsalar belə sənətə görə bir araya gələrlər. Nəzərə alsaq ki, biz düşmən deyilik. O mənim oğlumun atasıdır. Cavidin uğurları məni həmişə sevindirib. Eləcə də mənim uğurlarım onu.Yaşasın sənət, sənətə xidmət edən peşəkar insanlar".
Qeyd edək ki, 2000-ci ildə C.Təvəkkül ilə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanıb. Cütlüyün Orxan adlı bir oğlan övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Mart 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















